Ötən ilin avqustunda Azərbaycan tərəfinə əsir düşən erməni hərbçi Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, İnciqulyan üçüncü ölkəyə avqustun 26-dan göndərilib. Akopun qardaşının sözlərinə görə, 2014-cü ilin martından qardaşının işi BMT-nin səlahiyyətlərinə daxil edildi. Qardaşının üçüncü ölkəyə təhvil verilməsindən isə dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi vasitəsilə xəbər tutduğunu bildirib.