|
Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın sərvəti açıqlanıb.
Teleqraf.az xəbər verir ki, Ərdoğanın sərvətinə bunlar daxildir:
Daşınmaz əmlak: Güneysu-Dumankaya kəndi - 2.000 kvadrat metr torpaq (dəyəri-təxminən 6 min manat)
Minik avtomobili (dəyəri - təxminən 105 min manat)
Bank hesablarında nağd pul - təxminən 200 min dollar.
Yeni prezidentin sərvəti araşdırılarkən ən diqqət çəkən məqam Ərdoğanın oğlu Əhməd Burakın atasına 250 min manat borcunun olmasıdır.