|
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.
APA-nın məlumatına görə, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-nə təyin olunub. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək. Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Teleqraf.az