|
ABŞ-ın Mosul əməliyyatı ilə paralel olaraq İŞİD-in paytaxtı sayılan Rakkaya hücum planı hazırladığı xəbəri Rusiyanın hərəkətə keçirib.
Teleqraf.Az xəbər verir ki, son bir ayda Suriyanın Latakiya limanına 7 gəmi yükü hərbi ləvazimat gətirən rus komandanlığı Baltik donanmasından 8 hərbi gəmidən ibarət daha bir hərbi kontingent göndərib. Gəmilərin arasında təyyarədaşıyan "Admiral Kuzneçov" gəmisi də var.
Məlumata görə, Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək üçün plan hazırlayıb və bu planı həyata keçirməkdə qərarlıdır.