|
Türkiyə Suriyada öz məqsədlərini həyata keçirməyə çalışacaq. Nə ABŞ, nə də İraq Mosul əməliyyatında Türkiyənin iştirak etməsini istəyir.
Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzetinin yazarı Kim Senqupta öz məqaləsində yazıb.
Yazar iddia edib ki, ABŞ-ın Donald Trampı ifşa etməyə çalışdığı bir dönəmdə İstanbulda Rusiya lideri Vladimir Putinlə həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün beynəxalq strateji nəticələri olacaq:
“Türklərin noyabr ayında rus qırıcısını vurmasından sonra təxirə salınan Türk Axını layihəsi yenidən detallı müzakirə olunur”.
Məqalədə qeyd olunub ki, məhz Rusiya-Türkiyə münasibətlərinin normallaşdığı zamanda Ərdoğan Suriyaya ordu yeritdi:“Ərdoğan türk qüvvələrinin Mosulu işğaldan azad etmək üçün çalışacağını söylədi və “Kimsə bunun qarşısını ala bilməz” dedi. Lakin nə ABŞ, nə də İraq türklərin Mosul əməliyyatında iştirakını istəyir”.