Fazil Mustafa: “Onlar bununla ilk növbədə talış xalqını təhqir edirlər” 

25 sentyabrda Moskvada keçirilən separatçıların ikinci qurultayında qondarma Dağlıq Qarabağ Respublikası və talış separatçılarının iştirakından bəhs etmişdik. 

Vurğulamışdıq ki, Moskvada anti Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada də bu qurultayda iştirak edib.

Talış separatçıları çıxış zamanı Azərbaycan dövləti əleyhinə ciddi ittihamlar səsləndirib, habelə Nuru Paşanın Azərbaycana gəlişi zamanı 30 min talışın Qafqaz İslam Ordusu tərəfindən məhv edildiyi ilə bağlı cəfəng fikirlər səsləndirilib.

“Bu, təxribat xarakterli iddiadır”

Maraqlıdır, 30 min talışın Nuru Paşa tərəfindən məhv edilməsi ilə bağlı səsləndirilən ittihamlar nəyə hesablanıb? Bu fikirlərdə zərrə qədər də olsa həqiqət payı varmı?

Moderator.az-a açqılama verən millət vəkili Fazil Mustafa Nuru Paşanın talış qətliamı törətməsi ilə bağlı səslənən fikirlərin şərəfsizlikdən başqa bir şey olmadığını vurğuladı:

“Ermənilər iddia edir ki, Nuru Paşa 30 min ermənini məhv edib. Təbii ki, bunlar yalan informasiyadır. Nuru Paşa azərbaycanlılara divan tutan silahlı erməniləri məhv edib. Bu isə müharibə şərtlərinə görə doğru bir qərardır. Nuru Paşa gələndə Qafqaz İslam Ordusu adı ilə gəlib. İslam mənsubu olan bir şəxsin məhvə məhkum edilməsi baş verməyib və belə bir tarixi fakt ola da bilməz. Çünki o, islamçılığı, türklüyü qorumaq adına gəlib. Talışlar isə islam mənsubudur. Necə ola bilər ki, Qafqaz İslam Ordusu islam mənsubu olan insanları məhv etsin? Bu, şərəfsiz bir yalandır. Talış xalqının adını bədnam etmək üçün təxribat məqsədi ilə səsləndirilən fikirdir.

“Ermənilər sadəcə azərbaycanlıları deyil, talışları da öldürüb”

Maraqlıdır, onlar Bakıda və ətraf bölgələrdə yaşayan və öldürüldüyü iddia edilən bu talışları necə hesablayıblar? Hansı mənbədə belə bir fakt var? Qafqaz İslam Ordusunun məqsədi islam mənsubu olan insanları qorumaq idi. Ermənilər insanları sadəcə türk olduğu üçün məhv etmirdilər. Ermənilər müsəlman olan hər kəsi məhv edirdi. Müsəlmanın isə öz tanıtımı var və onları müəyyənlədşirmək asandır. O zaman ermənilər türkləri, talışları, ləzgiləri bir-birindən seçmirdilər ki?

“Bu yalana talış xalqının ziyalıları cavab verməlidir”

Bu, o qədər səviyyəsiz və həyasız bir yanaşmadır ki, bundan həmin separatçıların ifşası üçün istifadə etmək lazımdır. Buna talışların özü, bu xalqın ziyalıları cavab verməldirlər. Necə ola bilər ki, islam  mənsublarını qorumaq üçün gələn bir şəxs islam mənsubunu məhv etsin? Bir dənə də olsun belə bri fakt yoxdur. Əgər bu seperatçılar ermənilərin məhvini özləri üçün bir faciə hesab edirlərsə, bunu açıq şəkildə söyləsinlər. Daha talış xalqının adına niyə çıxırlar ki? Bu, talış xalqına edilən bir təhqirdir. Bu, həmin seperatçıların öz xalqlarına nə qədər düşmən və sayqısız olduğunu göstərir.

“Separatçılar ilk növbədə talış xalqının düşmənidir”

Məncə bu faktın geniş şəkildə işıqlandırılmasına ehtiyac var. Ən azı bu separatçlara düşüncədə haqq qazandıran insanlar görməlidir ki, bu adamlar ermənidən fərqi olmayan insanlardır. Onlar öz xalqlarına qənim kəsilən məxluqlardır. Əgər Nuru Paşanın Azərbaycana səfəri zamanı hətta bir talışın belə öldürüldüyü faltını ortaya qoya bilsələr, biz bütün çıxışlarımızdan imtina edərik.

Onlar Əsədullayev, Tağıyev dövrü ilə bağlı yazılan əsərləri oxusunlar. Məhəmməd Əsəd bəyin əsərlərini oxusunlar. Baxsınlar ki, ermənilər müsəlmanlara hansı zülümləri veriblər.

Bu birbaşa talış xalqına atılan iftiradır. Nuru Paşa talışları niyə məhv etməliydi ki? Buna nə ehtiyac var idi? Məgər talışlar aəzrbaycanlılara qarşı qətliyam törədiblər? Azərbaycanlılarla birlikdə ermənilər onları da məhv edib.

Talışların ermənilərlə yanaşı məhv edildiyi söyləməkdən daha böyük həyasızlıq nə ola bilər? Görün hansı insanlar talış xalqının marağını təmsil etmək adı ilə ortaya atılıb? Onlar öz xalqına böhran atırlar. Bu cür namussuzların Azərbaycana hansısa bir formada faydalı bir şey gətirəcəyini iddia etmək olarmı?

Bu separatçıların özlərini ifşa edən bu yalanları geniş şəkildə işıqlandırılmalı və şərh edilməlidir ki, bəlkə onların arxasınca gedən bəzi şəxslər anlasınlar ki, bu şəxslər öz xalqlarının düşmənidir”.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti