Cəmiyyətdə ciddi narazılıq yaradan Dövlət Sığorta Şirkətinin hesabatlarında müəmmalı məqamlar var.

Şirkət əsgərlərimiz üçün 30 milyon alıb 1 milyon ödəmək istəmir

Bizimyol.info Azərbaycan Dövlət Sığorta Şirkəti -“Azərsığorta”-nın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Dövlət Sığorta Kommersiya Şirkətinin cəmi gəlirləri 52 077 985, xərcləri 48 700 850,3 manat olub. 

52 milyon qazanıb, 48,7 milyon xərcləyib

Əsas əməliyyat gəliri 51 723 254,72 manatdır. Gəlirlərdə birbaşa sığorta haqları 41 092 212 manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə 7 211 196,64 manat, təkrarsığortaya verilmiş müqavilələr əsasında komissyon muzdlar üzrə 3 419 846,08 manat olub. İnvestisiya gəlirləri 165 468 manat, subroqasiya gəlirləri 10 725 manat, sair gəlirlər 178 632 manat təşkil edib. Xərclər hissəsində sığorta ödənişləri və sığorta məbləğləri üzrə 13 167 310 manat, qaytarılan sığorta haqları üzrə tənzimləmə xərcləri 38 332 manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə 26 981 179,35 manat, işlərin aparılması xərcləri 7 109 870,95 manat, sair xərclər 1 404 158 manat göstərilib. Hesabat dövründə xalis mənfəət (zərər) 3 377 134,71 manat qeyd olunub.

Qanun sığortanı almağı qadağan etmir

Şirkət 20 ildir Qarabağ müharibəsində şəhid olanların ailələrini süründürür, onlara çatacaq sığorta haqqını verməkdən boyun qaçırır. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları da dəfələrlə bir araya gəlib Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, "Azərsığorta"nın qarşısında etiraz aksiyaları keçiriblər. Məsələ parlamentin iclaslarında müzakirə olunsa da disskusiyadan uzağa gedə bilməyib, konkret qərar qəbul qəbul olunmur. Sığorta ödənişlərinin icrasının bu illər ərzində gecikməsinə “Azərsığorta” ASC-dən verilən açıqlamada deyilib ki, ödənişlər yalnız ərizə olduğu halda icraata götürülür. Lakin müəyyən olunmuş məbləği almaq üçün vaxtında müraciət etmək lazımdır. Çünki qanunvericiliyin tələbinə əsasən, şəhid ailəsi hadisə baş verəndən sonra 3 il müddətində müvafiq quruma müraciət etməlidir. Əks təqdirdə icbari sığorta ödınişini almaq hüququnu itirmiş hesab olunur. Belə halda yeganə yol məhkəmə qərarıdır. 

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinə görə, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ var. Amma burada yazılmı ki, 3 il keçəndən sonra o hüququnu itirir. Konstitusiya Məhkəməsinin rəyi 3 il ərzində müraciət etməyən şəhid vərəsələrinə həmin sığorta pulunun verilməsini tələb edir. Məhkəmələr də şəhid ailələrinin iddialarını haqlı sayaraq, qanunla ödənilməli olan məbləği dövlət icbari sığorta ödənişinin verilməsi vəzifəsinə cavabdeh Dövlət Sığorta Şirkəti “Azərsığorta”nın üzərinə qoyub. Oratada rəy və məhkəmə presedenti var, eyni məsələyə görə fərqli qərarlar çıxarıla bilməz. Şirkət də bu qərarı əsas tutub onu bütün müraciətlərə tətbiq etməlidir. Amma 50-yə yaxın məhkəmə qərarı “Azərsığorta” tərəfindən icra olunub, çoxlu sayda müraciətlər və qərarlar isə qalır ki, şirkət hələ də onlara əməl etmir. 

“Naz-Lifan” qiymətinə həyat

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, hərbi qulluqçunun həyatı dövlət tərəfindən 11 000 manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında - 110 manat müəyyən edilir. Şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir, həlak olan əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır. Bu pul təzə bir rus avtomobili, ya da “Naz-Lifan”-ın qiymətidir. Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda ona qanunamüvafiq sığorta haqqı ödənilir. Hərbi qulluqçu 1-ci qrup əlil olarsa 8 min manat, 2-ci qrup 6 600 manat, 3-cü qrup 4 400 manat alır. Xəsarət aldığı halda isə, hərbiyə yararsız tərxis olanda 2 700 manat verilir. Prokurorluq və daxili işlər orqanlarında çalışanlarda sığorta haqqı nisbətən yüksəkdir. Ölüm halında onlara 5 illik əməkhaqqı, yemək, paltar pulu hesablanır, bu isə 17-18 min manat civarındadır.   

30 milyon ödənişə qarşı cəmi 1 milyon 

Kiçik bir hesablama aparaq. Ölkədə orudunun şəxsi heyəti ilə bağlı rəqəmlər ondan xəbər verir ki, dövlət “Azərsığorta”ya təkcə əsgərlərimiz üçün hər il 30,8 milyon manat pul ödəyir. Biz hələ polis, prokurorluq, milli təhlükəsizlik və digər orqanların əməkdaşlarını demirik. O hesabla saya baxılsa, şirkətin sığorta gəlirləri ilə bağlı göstərdiyi rəqəmlər reallığı əks etdirmir. Hər halda dövlətin məmurlarını gedib “Paşa Sığorta”da sığortalamayacaqlar ki! Bununla yanaşı, şirkətin dövlətdən başqa da müştəriləri var və qazancı kifayət qədər olmalıdır. Bütün bunlar ayrıca araşdırılmalı mövzudur. Qayıdaq şəhidlərimizə. İl ərzində nə qədər şəhid veririk, dəqiq statistikası aparılmır. Amma bu il şəhidlərimizin sayı aprel hadisələri də daxil olmaqla əvvəlki illərdən çox olub. Onlar üçün ödəniləcək sığorta haqqı 1,1 milyon manat civarında olacaq. Bu, əsgərlərimizə görə dövlətin ödədiyi sığorta haqqının cəmi 3,6 faizi edir. Tam dəqiqləşdirilməmiş məlumatlara görə, 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin sayı 11 min 557 nəfər olub. Siyahıda hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin adları da yer alır. Döyüş əməliyyatları zamanı bombardmandan və düşmənlər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş mülki insanların adları buraya daxil deyil. Atəşkəs elan olunsa da hər il onlarla əsgərimiz şəhid olur. “Azərsığorta” dövlətin ona etibar etdiyi pula ata malı kimi baxmayıb, nizamla xərcləsə, ortada şikayətçi qalmaz. Təkçə işlərin aparılmasına 7,1 milyon manat xərclənib ki, bu da qazanılan pulun 13,6 faizi deməkdir.

Şəhid əsgərə 96 min TL ölüm yardımı 

Qonşu Türkiyədə boşanmaq üzrə olan qadın əri şəhid  olduqdan sonra ailəsindən öncə gedib 96 min tl ölüm yardımını almışdı. Türkiyəni qadının hərəkəti şoka saldı, bizi isə şəhid üçün verilən məbləğ. Bu ölkədə şəhid ailələri və qazilərə tanınan 62 maddədən ibarət güzəştlər toplusu mövcuddur. Təkcə 13 maddə şəhid varislərinə verilən maddi haqlardır. Şəhid varislərinə nağd təzminat 28 785 tl-dir. K.K.K.-lığı İlk Dəstək Yardımı 475 tl, TSK Dayanışma Vakfı yardımı 7 575 tl və 19 695 tl, Birlik K.-lığınca edilən ölüm yardımı 575,7 tl, Tütün Beyiye mükafatı 1 212 tl təzminat, təqaüd mükafatı 32 292 tl təzminat, təqaüd 446,9 tl, təhsil durumuna görə 452,3 tl, Oyak ölüm yardımı 16 698 tl, Oyak pensiya mükafatı xidmətdən asılı olaraq, toplu mənzil krediti 19 302 tl, Mehmetçik Vakfı yardımı 2 220 tl-dir. Bunlar toplam 121 700 tl-dir. Əlavə olara kirayə haqqının dövlət tərəfindən ödənilməsi 10 il, T.C. Emekli Sandığı Ögr.Yrd. ilkokul 197 tl, ortaokul 293 tl, lise 391 tl, universitet 587 tl. Türkiyə demək olar ki, hər gün şəhid verir. Türkiyədə əsgər maaşları da yüksəkdir. Uzman erbaş - uzman çavuş 1850-2750 tl, astsubay 2650-3320 tl, başçavuş 2879-3650 tl, kıdemli başçavuş 3351-3950 tl, asteğmen 2700-2900 tl, teğmen 2750-3100 tl maaş alır. 

Ukrayna da ölən hərbçi üçün 36 min ödəyir

Ukraynada bir hərbçi həlak olarsa onun ailəsinə 609 000 Ukrayna qrivnası verilir ki, bu da 35 931 manata bərabərdir. Ailə başçısını itirmiş əmək qabiliyyəti olmayan hər ailə üzvü 2014-cü ildə qəbul olunan qanuna əsasən 1 898 qrivna pensiya alır. Həlak olan hərbçilərin ailələri mənzillə növbədənkənar təmin olunmaq və mənzilhaqqı ödənişində 50 faizlik güzəşt hüququna sahibdirlər. Həmçinin pulsuz dərman və tibbi ləvazimatlar almaq, pulsuz protezlə təmin olunmada birincilik, sanatoriya-kurortlarda ödənişsiz müalicə, ya da həmin vəsaitin hesaba ödənməsi, kommunal ödənişlərdə orta göstəricilərdən artıq olduqda 50 faizlik güzəşt, nəqliyyatda havayı gediş, iş yerlərində ştat ixtisarı zamanı üstünlük, həmçinin müəssisənin ləğvi halında yeni işlə təminatda öncəlik, iki ildə bir, dəmir yolu, su və hava yolu ilə pulsuz gediş-gəliş, hökumət və yerli büdcə hesabına hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul imtiyazlar sırasındadır. 

Əslində, şəhid ailəsinin kiminsə qapısını döyməsinə ehtiyac yoxdur. Şəhidlərin həlak olmadan öncə xidmət etdikləri hərbi hissələr var. O hərbi hissələrin təqdimatı ilə pul şəhidin qapısına göndərilə bilər. Bizdə bürokratik əngəllər heç kimdən gizli deyil. Şəhidlərimiz torpaqlarımızın, bizim müdafiəmiz üçün canlarını qurban verirlər, ona görə şəhid olmurlar ki, özlərindən sonra anaları, həyat yoldaşları, övladları məmurların qapılarında boyunlarını büksünlər. 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti