ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzinin Avrasiya regionu üzrə baş analitiki Yevgeni Çauşovski Qarabağda 4 günlük müharibənin dayandırılmasından sonra işğal altındakı ərazilərimizdə olub.

 Virtualaz.org xəbər verir ki, əslən Rusiyadan olan Çauşovski hərbi əməliyyatların başlamasından əvvəl Ermənistanda ezamiyyətdə olduğunu, həftə sonunu Qarabağda dincəlməyə hazırlaşdığını, ancaq bu vaxt təmas xəttində güclü toqquşmaların başladığını yazır. Buna baxmayaraq tezliklə hərbi əməliyyatlar dayandırılıb və Çauşovski aprelin 5-dən sonra özünün yazdığı kimi İrəvandan marşrut taksiyə oturaraq Dağlıq Qarabağa gəlib.

Analitik bu səyahət haqda təəsüratlarını bölüşərək yazır ki, Ermənistanın Gorus rayonunu keçib Qarabağa yaxınlaşan kimi təzəcə başa çatmış hərbi əməliyyatların əlamətləri hiss olunur. Yol boyu üzü Qarabağa tərəf əsgərlərlə dolu “Kamaz” maşınları hərəkət edir. Laçına çatmamış isə xeyli tank və içərisi əsgərlərlə dolu hərbi maşınlar yolun kənarında dayanıb.

 Çauşovski Xankəndinə çatıb ona bələdçilik etməyə razılaşan erməni ilə görüşüb, gecəni onun evində qalıb. Həmin erməni xarici turisti  Qarabağın görməli yerlərini gəzdirmək üçün bələdçilik edib. Və məsləhət görüb ki, Ağdərədə ermənilərin “Biz və dağlarımız” adı verib öz adlarına çıxdıqları qədim alban abidəsinə və Qandzasar monastırına baş çəksin.

Müəllif yazır ki, Qandzasar monastırına aparan yolda ölüm sükutu hökm sürürdü, arada bir keçən hərbi maşınlardan başqa heç bir hərəkət gözə dəyimirdi. Yol boyu heyvan otaran bir neçə çobandan başqa insan da görünmürdü. Çauşovski keçdiyi kəndlərdə evlərin və fermaların da boş olduğunu, ermənilərin təzəcə başa çatmış hərbi əməliyyatlara görə bu yerləri tərk etdiyini yazır. O, yolüstü bir çobanla söhbətləşir, erməni çoban danışır ki, dolanışıq çox çətindir.

 Vəng kəndinin üstündə yerləşən Qandzasar monastrı da bomboşdur. Xarici qonağı müşaiyət edən erməni danışır ki, əvvəllər monastıra gedən yolda adam çox olardı, ancaq indi heç kim gözə dəymir. Çauşovski gəzintidən sonra Xankəndinə geri dönüb, orada da mülki adamlardan çox hərbçilərin gözə dəydiyini müşahidə edib.

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti