Ankara ilə Moskva arasında ötən ilin noyabr ayında Suriya sərhədində Su-24 təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşdi. Bundan sonra hamı gözləyiri ki, Türkiyə ilə Rusiya Qarabağ münaqişəsi zonasında üz-üzə gələcək.

 Bu barədə Amerika Birləşmiş Ştatlarının nüfuzlu “The Huffingtn Post” yazır.

Rusiya Bakı ilə münasibətləri korlasa bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək.

Türkiyə ilə Rusiya arasında gərginliyin yaranmasının Ermənistanı çətin vəziyyətə saldığını qeyd edən nəşr bunun səbəbini belə izah edir ki, Ankara - Moskva münasibətlərinin kəskinləşməsi Bakı ilə İrəvan arasında gərginliyin artmasına səbəb olub.

Rusiyanın Azərbaycan və Ermənistanı silahla təchiz etdiyini yazan nəşr Moskvanın indiki vəziyyətdə barışdırıcı kartını işə saldığını qeyd edir."Bununla da Rusiya çalışır münaqişə bütün Cənubi Qafqazda tarazlığı pozmasın. Rusiya prezidenti Vladimir Putin daha əvvəl hər iki tərəfi dərhal atəşkəsə riayət etməyə çağırdı. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın təhlükəsizlik çətiri altında olsa da Kreml Bakı ilə münasibətlərdə də balanslı yanaşma nümayiş etdirir", - “The Huffingtn Post” yazır.

Moskvanın özünü Azərbaycan və Ermənistan arasında vasitəçi kimi təqdim etdiyi qeyd olunan məqalədə bildirilir ki, Putin Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsini də təklif edə bilər: "Əgər belə olsa bu, Ankaranın narazılığını tamamilə yeni səviyyəyə çıxarardı”.

"The Huffingtn Post” qeyd edir ki, münaqişə ətrafındakı indiki hərbi status-kvo erməni tərəfinə sərf edir. Çünki Ermənistan və erməni diasporu Dağlıq Qarabağı müstəqilliyinin tanınmasına nail olmağa çalışır. Nəşr yazır ki, hərbi qüvvələr nisbəti artıq Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan hazırda həm də ciddi demoqrafik üstünlüyə malikdir, eyni zamanda enerji resurslarından istifadə edərək ordusunu modern silahlarla təchiz edir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

“1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra tərəflər arasında ən qanlı döyüşlərlə müşaiyət olunan son hərbi əməliyyatlara aparıb çıxaran səbəblərin bəziləri bunlardır. Məlum olduğu kimi münaqişə ərazi mübahisələrindən kənara çıxır, çünki Qafqaz regionunda tarixən bir-biri ilə rəqabət aparmış Rusiya və Türkiyə arasında gərginliyi daha da kəskinləşdirir”, - nəşr qeyd edir.

Nəşr yazır ki, Azərbaycanın Türkiyə ilə gözəl münasibətləri heç də Rusiyanın ürəyincə deyil. Əgər Rusiya Bakı ilə münasibətləri korlasa bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək. Bu isə Rusiyanın Ermənistan və İranla alyans layihəsinə zidd olardı.

"Əgər Türkiyə Rusiya ilə Qafqazda üz-üzə gəlməli olsa NATO-dakı müttəfiqlərinin ona dəstək verəcəyi ehtimalı azdır. Çünki bu situasiya NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi şərtlərinə uyğun gəlmir. Deməli belə vəziyyətdə münaqişənin həllinin axtarılması yükü Minsk Qrupunun üzərinə düşür", - məqalədə deyilir.
anspress

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti