|
Yaxın Şərqdə özünü "kiçik Amerika" elan etdirməyə çalışan İran hər nə qədər Azərbaycan-Ermənistan böhranında tərəfsiz olduğunu bəyan etsə də, bu ölkənin mətbuatı, bəzi siyasətçiləri Qarabağda baş verən olaylar zamanı İrəvanı müdafiə etməklə yadda qaldı.
Avropa.info xəbər verir ki, İranda fəaliyyət göstərən "Khabaronline" saytında Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı müdafiə edənmüsahibə dərc edilib. "Azərbaycan, yoxsa Ermənistan sərf edir" başlıqlı cəzmaqara səviyyəli müsahibə İranın ən nüfuzlu akademiklərindən hesab olunan Tehran Unversitetinin Dünya Tədqiqatları Fakultəsinin professoru Bəhram Əmir Əhmədiyandan alınıb.
Qarabağdakı münaqişədən danışan Əhmədiyan Ermənistanın Azərbaycan ilə aparacağı müharibədə "qələbə" qazanmasının İranın "qələbə" qazanması anlamına gəldiyini iddia edib.
"İranın Ermənistan ilə əlaqələrinin daha yaxşı olması təbiidir və "bizim Ermənistan ilə 40 km. sərhədimiz vardır. Ermənistanın əlində olan Qarabağ ilə birlikdə 120 km sərhədimiz var. Ermənistanın bu müharibədə uğuru bizim marağımıza uyğundur, amma müharibənin davam etməsi bütün regionun əleyhinə olacaq."
İfrat fars millətçilərindən olan Əmir Əhmədiyan müsahibəsində İranın niyə Ermənistana dəstək verməsinin səbəbini açıqlamasa da, Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsinin Qarabağ böhranını daha da "dərinləşdirdiyini" iddia edib. Əhmədiyan Ermənistan rəhbərliyinin "Qarabağ müharibəsində İran bizə dəstək olmasaydı indi böyük ehtimalla Ermənistan adlı bir dövlət olmazdı" açıqlamalarını xatırladıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistanı "tərəzinin eyni gözünə qoyan" və hər iki ölkəni atəşkəsə çağıran İran eyni zamanda özünü "İslam dünyasının qoruyucusu" kimi təqdim edir.