|
Günaz TV-nin verdiyi məlumata görə Cənubi Azərbaycan əhalisi Azərbaycan ordusuna öz dəstəyini göstərmək üçün Arazın İran sahili boyunca toplaşıblar.
Saytın yerli əhalidən əldə etdiyi məlumata əsasən Araz sahilində yerləşən Aslandüz düzü və Əlirzaabad əhalisi dünən Azərbaycan ordusu ilə Ermənistan ordusunun döyüşləri zamanı çayın kənarına yığılıblar. Bu bölgələr İran-Azərbaycan sərhəddinin sıfır nöqtəsində yerləşir.
Gedən qızğın döyüşü gözləri ilə görən bu bölgə sakinlərinin dediyinə görə Azərbaycan ordusunun ermənilərə qarşı döyüşü şiddətlənmiş və Azərbaycan tərəfi getdikcə bölgədə hərbi texnikaların sayını artırmışdır.