Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalları Dağlıq Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsinə münasibət bildiriblər.

APA xəbər verir ki, Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin bildirib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşdıqca, ermənilər bu cür təxribatlar törədirlər: “Xüsusilə, Rusiya və ABŞ-ın dəstəyini alaraq həm Azərbaycana, həm də Türkiyəyə qarşı müxtəlif səpkili təxribatlar törətməyə çalışırlar. Bunun qarşısını almaq üçün Türkiyə Azərbaycanla münasibətlərini daha da gücləndirməlidir. Bütün sahələrdə addımlarımızı birgə atmalıyıq. Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması üçün Türkiyə Rusiya ilə də münasibətlərini düzəltməlidir. Yaxın gələcəkdə ermənilərin yeni təxribatlara əl atacaqlarını düşünürəm. Əvvəllər ermənilər Sədərəkə də arabir raketlər atırdılar. Onun da səbəbi Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə mane olmaq idi. Baş verən hadisələr erməni qudurğanlığından başqa bir şey deyil. Torpaqların erməni işğalından azad edilməsinin yeganə yolu Türkiyə ilə Azərbaycanın daha güclü olmaları və öz aralarındakı münasibətləri hər gün daha da dərinləşdirmələridir. Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca və Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Türkiyə qətiyyən Ermənistanla münasibət qurmamalıdır”.

Türkiyə Cümhuriyyətinin Bakıdakı keçmiş hərbi attaşesi, Türkiyə xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı, istefada olan general polkovnik Engin Alan deyib ki, ürəyi Azərbaycan ordusunun əsgərlərinin yanındadır: “Şəhid olan 12 əsgərimizə Allahdan rəhmət diləyirəm. Ürəyim cəbhədə əziz vətən torpaqlarını qəhrəmancasına müdafiə edən Azərbaycan əsgərlərinin yanındadır”.

Türkiyənin Parisdəki keçmiş səfiri, istefada olan general-leytenant Əhməd Yavuz qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Ermənistanı bölgədə yeni təxribatlara yönəldir: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar, təəssüf ki, yerinə yetirilmədi. Türkiyə və Azərbaycan əvvəldən Ermənistanı bölgədə əl-qol açmağa qoymamalıydı. Rus təyyarəsinin vurulmasına qədərki dönəmdə Türkiyə-Rusiya münasibətləri Ermənistanın tarazlıqlara riayət etməsinə səbəb olurdu, hər məsələdə olduğu kimi, ermənilər təyyarə böhranını da fürsət bilib, yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Yaxın gələcəkdə problemin sülh yoluyla həlli variantını görmürəm, ona görə Azərbaycan öz hərbi potensialını artırmalı və Ermənistanın bu cür təxribatlarının qarşısını almağa həmişə hazır olmalıdır”.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti