|
Somalinin paytaxtı Moqadişi şəhərində məktəb avtobusuna edilən silahlı basqın nəticəsində biri Azərbaycan vətəndaşı olmaqla,3 nəfər öldürülüb.
Hadisə nəticəsində həlak olan Azərbaycan vətəndaşının Somalidəki türk məktəblərinin birində müəllim işlədiyi bildirilir.
Teleqraf.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə hadisə nəticəsində həlak olan digər şəxslər Türkiyə və Somali vətəndaşlarıdır.
Somali polisi hücuma məruz qalan avtobusda olanların bu ölkədə işləyən Türklərin uşaqları olduğunu bildirib.Yaralılar xəstəxanaya çatdırılıb.
Hələki hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.