Firudin Qurbansoy: “Bu, bizə dost olmayan hərbçilərin planı idi”

Martın 27-də saat 12 radələrində Bakının Səbayel və Yasamal rayonları ərazisində müəmmalı gurultu eşidilib. Həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Həmin səslə paralel Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Kimiləri bunun haradasa vulkan baş verməsi nəticəsində olduğunu düşünür, kimisi isə mistika ilə əlaqələndirir və qiyamət gününün yaxınlaşmasını xəbər edən bir səs olduğunu deyir.

Bəs əslində səbəb nədir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bunun zəlzələ olmadığını deyib: “Bizim üçün də bu gurultunun nə olduğu maraqlıdır. Nədirsə, axtarıb tapmaq lazımdır. Amma bunu tapmaq bizim işimiz deyil. Biz yalnız ona deyə bilərik ki, bu gurultunun zəlzələ ilə heç bir əlaqəsi yoxdur”.

Astroloq Firudin Qurbansoy isə bunun bizi sevməyən bəzi dövlətlərin hərb işi olduğunu dedi: “Hər şeyi mistik yozmaq olar. Mənə elə gəlir ki, bu, sadəcə olaraq, bizə dost olmayan hərbçilərin planı idi. Onlar hansısa silah dalğası buraxıblar. Bakı və Abşeron elə bir yerdir ki, burada çoxlu köhnə neft mədənləri var. Ona görə də burada böyük zəlzələlər olmur, ola da bilməz. İndi iqlim silahları var. İstədikləri yerdə nə istəsən edə bilirlər. Mənə elə gəlir ki, bu bizə dost olmayan, son vaxtlar bizi sevməyən, bizə dişini qıcatmaq istəyən qüvvələrin hərbi əməliyyatıdır. Bunun astrologiya, planetlər və Günəşlə heç bir əlaqəsi yoxdur”.
Binaların silkələnməsinə səbəb olan yer təkindəki titrəmənin Qobuda baş verdiyini deyən Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev isə “Trend”ə açıqlamasında bildirib ki, Qobudakı titrəmə vulkanların oyanmasına təsir göstərməyib və göstərəcəyi də gözlənilmir. “Həmin titrəmənin nə vulkan, nə də zəlzələ ilə heç bir əlaqəsi olub. Haradasa partlayış olubsa, o demək deyil ki, bu vulkandır, ya da zəlzələdir” - deyən professor Qobudakı titrəmənin səbəbi, mənbəyi barədə izahat verməyib.

Professor, geologiya-mineralogiya elmləri doktoru, Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin (GNFE) prezidenti, azərbaycanlı alim Elçin Xəlilov isə izahedilməz səslərin Günəşdə baş verən kataklizmlərin nəticəsi olduğunu deyib. “Günəş enerjisi Yer kürəsinə axını zamanı maqnitosferlə toqquşur ki, bu da xüsusi akustik dalğalara çevrilir. Bundan sonra həmin dalğalar Yer səthinə yönəlir. Bu dalğaları xüsusi cihazlar vasitəsilə eşitmək olar. Lakin bu səslər aşağı tezliklə şəhər səs-küyünə uyğunlaşanda bəzi insanlar bunu eşidə bilərlər”, - E.Xəlilov bildirib.

Bu səsin bir çox şahidlərdə təlaşa səbəb olmasını E.Xəlilov aşağı tezlikdə olması ilə əlaqələndirib. Aşağı tezlikli səs insan qulağı ilə eşidilməsə də, insan psixikasına mənfi təsir göstərir. Bu, fransız professor Qavronun araşdırmalarında öz təsdiqini tapıb. Bununla yanaşı, alimin fikrincə, bu gurultunu hər hansı bir anomal hadisə ilə əlaqələndirmək tezdir.

Fiziklər isə bildirirlər ki, bu səslərin spektri heç vaxt məlum olmur. Eşidilən səslər əsl səsin yalnız kiçik hissəsidir. Bu səslər 20-100Hz arasındakı ultra-az tezliyindəki akustik emissiyaları və 0.1-15Hz arasında ultra-az infrasonik olan dalğalardır. Geofizikada bunlara akustik cazibə dalğaları deyilir. Atmosferin yuxarı qatlarında, xüsusilə ionosferdə olur. Bu dalğaların yaranmasının bir sıra səbəbləri var. Məsələn, zəlzələ, vulkan partlayışları, qasırğa, sunami və s. Lakin təbii fəlakətlərin yaratdığı səslər eşidilən naməlum gurultudan daha zəifdir. Fiziklərə görə, belə bir səs üçün yüksək enerji tələb olunur. Bu, həmçinin dünyaya çırpılan ionosfer, atmosferin yuxarı qatını və mezosferi qeyri-sabit vəziyyətə gətirən Günəş partlayışı və enerji axınları da ola bilər.

Bu müəmmalı gurultu ilə bağlı müəyyən versiyalar irəli sürülsə də, hələlik dəqiq səbəb bilinmir. Qeyd edək ki, DİN və Dövlət Təhlükəsizlik Xidmətindən də məsələ ilə bağlı münasibət bildirilməyib.

musavat.com

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti