|
Hansısa ölkələrin Rusiya və Türkiyə arasında münasibətlərin düzəldilməsi üçün bütün vasitəçilik cəhdləri uğursuzluğa məhkumdur.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Bildiyiniz kimi, bu cəhdlər heç nə ilə bitib, ümumiyyətlə, mövcud vəziyyətdə hansısa vasitəçilik cəhdləri məlum səbəblərdən uğursuzluğa məhkumdur”, - deyə Peskov “Bilmək hüququ!” («Право знать!») verilişinin efirində bildirib.