21 beynəlxalq hüquq-müdafiə təşkilatı birgə bəyanat yayaraq Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

Turan agentliyinə daxil olan bəyanatda hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər və fəallar daxil olmaqla 15 siyasi məhbusun azad edilməsindən razılıq ifadə olunur. Onların arasında Rəsul Cəfərov, Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Taleh Xasməmmədov, Anar Məmmədli, Rəşadət Axundov, Məhəmməd Əzizov, Rəşad Həsənov, Sirac Kərimli, Ömər Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov, həmçinin keçmiş dövlət məmuru Akif Muradverdyev var.

Daha bir siyasi məhbus, jurnalist Rauf Mirqədirov isə martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

“Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç bir həbs olunmamalıydı. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır”, - “Hüquqlar naminə idman” kampaniyasının koordinatoru Rebekka Vinsent bildirib.

“Bundan əlavə, onlarla digər siyasi məhbus, o cümlədən jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılmasını tələb edib.

Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına,  həmçinin Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyətin yaxşılaşdırılması üçün gələcək islahatlara təkid etməyə çağırırıq”, - bəyanatda vurğulanır.

Sənədi imzalayanlar:

Article  19,

Civil Rights Defenders

Committee to Protect Journalists

Freedom Now

Front Line Defenders

Helsinki Foundation for Human Rights

Human Rights House Foundation

Index on Censorship

Institute for Reporters’ Freedom and Safety

International Federation for Human Rights (FIDH)

International Media Support

International Partnership for Human Rights

NESEHNUTI

Netherlands Helsinki Committee

Norwegian Helsinki Committee

PEN America

People in Need

Platform

Polish Green Network

Reporters Without Borders

World Organisation Against Torture (OMCT).

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti