|
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda 15 PKK terrorçusu çılpaq şəkildə təşkilatdan qaçaraq hüquq mühafizə orqanlarına təslim olub.
Axar.az xəbər verir ki, təslim olan terrorçular ilk olaraq çörək və su istəyiblər.Acından öldüklərini bildirən terrorçular PKK-nın məhv olma həddinə çatdığını etiraf ediblər:“Bir müddət öncə PKK-dan qaçıb təslim olan yoldaşlarımızı öldürməyib, tibbi yardım və yemək verməyiniz təşkilatda gərginlik yaradıb. Hər kəs qaçıb, təslim olmaq istəyir”.
Onların çılpaq qaçmalarına səbəb isə hüquq mühafizə orqanlarına silahsız olduqlarını göstərmək olub.
Qeyd edək ki, Surda anti-terror əməliyyatları artıq sona çatır. Son məlumatlara görə, rayonda cəmi 30-a yaxın PKK terrorçusu qalıb.