|
Rusiya və ABŞ səmimidirsə birlikdə BMT-yə getməlidirlər. BMT Suriyada uçuşa qadağan olunan bölgə elan etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
Qurtulmuş bildirib ki, Suriyada sülhün təmin olunması üçün Rusiyaya təzyiq edilməlidir:
“Türkiyə Suriya sərhədində baş verən prosesləri diqqətlə izləyir. Bu, birbaşa Türkiyənin suverenliyi ilə bağlı olan məsələdir. Orada daha çox qanın axmaması üçün mübarizə aparırıq. Suriyada sülh istəyən hər kəs Rusiyaya təzyiq etməlidir. PYD və İŞİD-in hücumlarına qarşılıq verdik. Bu səbəbdən Rusiya tərəfindən BMT-yə şikayət edilməsi anlaşılan deyil. BMT müharibə cinayətlərinə qarşı ciddi mövqe ortaya qoymalıdır. Rusiya və ABŞ səmimidirsə, birlikdə BMT-yə getməlidirlər. ABŞ və Rusiya məsuliyyətlərini dərk etməlidir. Suriyada uçuşa qadağan edilən bölgə yaradılmalıdır”.