ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Birləşmiş Ştatlar dünyadakı təhdidlərin artması qorxusu ilə qarşılaşır. Bu təhlükələri öz regionlarında hökmranlıq etmək istəyən və bu istiqamətdə səylərini getdikcə gücləndirən İran, Çin və Rusiya kimi avtoritar dövlətlər törədir. Ona görə də, Rusiyanın aqressiyasından qorunmaq üçün, nəhayət ki, Obama administrasiyası tərəfindən NATO-nun şərqi Avropada aktivləşdirilməsinə şad olmaq lazımdır
. (“The Wall Street Journal”)

 Ağ Ev elan edib ki, 2017-ci ilin büdcəsində Avropanın təhlükəsizliyinin təmin olunmasına3,4 milyard dollar ayıracaq. Bu isə əvvəlki 789 milyon dollardan əhəmiyyətli dərəcədə çoxdur. Rusiya qanunsuz olaraq, Krımı ilhaq etdikdən sonra ABŞ bu proqramı 2014-cü ildən işə salmağa başlayıb.

Əsas məqamlardan biri Pentaqonun öz həcminə görə briqada böyüklüyündə olan hərbi hissələri NATO-nun cəbhə xətti boyunca yerləşdirməsiylə yanaşı, həm də bu birlikləri Polşa ilə Pribaltika dövlətləri də daxil olmaqla, bir ölkədən digərinə dislokasiya etmək niyyətində olmasıdır. Bu hərbi hissələr döyüşə tam hazır olan briqadalar kimi, ağır silahlardan da istifadə edəcəklər.

Döyüş briqadasının yaradılması irəliyə atılmış ciddi addımdır. Düzdür, briqada tank hücumunun qarşısını ala bilməsə də, ancaq belə hərbi birliklər Vladimir Putinin Krımda istifadə etdiyi “yaşıl adamlar”ın önünü kəsmək imkanına malik olacaq. ABŞ-ın bu qərarı NATO-nun Şərqi Avropadakı üzvlərini, başlıca olaraq da Pribaltika ölkələrini sakitləşdirməlidir. Ümumi Daxili Məhsulunun 2%-ni müdafiyə xərclərinə sərf edən Polşa üçün də təhlükəsizlik təminatı lazımdır. Litvanın xarici işlər naziri Linas Linkyaviçus bu qərarı ABŞ-ın Avropaya qayıtması adlandıraraq deyib: ”Bu cür də olmalıdır, ona görə ki, bu qərar Avroatlantik təhlükəsizliyi üçün çox vacibdir”.

 

Ruslar baş verənlərə sakit reaksiya verməyiblər. Onlardan başqa nə gözlənməliydi ki?

Moskva, ABŞ-ı 1997-ci ildə bağlanmış Rusiya-ABŞ müqaviləsini pozmaqda günahlandırır. Həmin müqavilə NATO-nun yeni ölkələrinin ərazisində böyük hərbi qruplaşmaların yerləşdirilməsini qadağan edir. Amma bu müqavilə “soyuq müharibə”dən sonrakı dövrdə bağlanmışdı və Qərb ümid edirdi ki, zamanla Rusiya da Şimali Atlantika alyansına qoşulacaq.

Putin NATO-nun şərqə doğru dinc şəkildə genişlənməsini, Böyük Rusiya ideyasının dirçəldilməsi istiqamətində bir bəhanə kimi istifadə edir. Kreml 2008-ci ildə Gürcüstana soxulmuşdu, digər tərəfdən isə Rusiya Krımı ilhaq etməklə, Ukraynanın ərazi bütövlüyünə təminat verən 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozub. Ancaq NATO briqadları bir-birini əvəz edərək, növbə ilə bu və ya digər ölkədə yerləşəcəyinə görə, 1997-ci ildəki razılaşma pozulmur.

Bütün bunlara cavab olaraq, Rusiya özünün Qərb cəbhəsinə əlavə qoşun hissələri yeridə bilər. Lakin əgər Putin Qərbin qətiyyətini görərsə, onda Rusiya belə bir addımın atılmasına çətin ki, getsin. Məsələnin əsas mahiyyəti isə, Rusiyanın aqressiyasının qarşısını ala biləcək kifayət qədər NATO güclərinin şərqi Avropada yerləşdirilməsindən ibarətdir.

AzPolitika.info

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti