Ağsu rayonunda məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Quliyev Asəf  Lətif oğlu  dövlət qrumlarında şikayətlərinə baxılmadığı üçün Heydər Əliyevin Ağsu rayonunda olan heykəlinə şikayət edib.

Bu barədə Teleqraf.az-a məlumat verən Asəf Quliyev bildirib,  “20 ildən çoxdur  Ağsu rayonunun  Meleoratorlar qəsəbəsində yerləşən “Qərənfil” uşaq bağçasında məskunlaşmışıq. Hər iki valideyinimi itirmişəm, iki körpə övladımla bağça binasında yaşayırıq. Keçən bu illər ərzində bir dəfə də olsun istər Ağdam rayon, istərsə də Ağsu rayon rəhbərliyindən bizim vəziyyətimizlə maraqlanan olmayıb.  Əksinə, olaraq hər zaman problemlərlə rastlaşmışıq. Məskunlaşdığımız binanı bir il də üç dəfə təmir işi aparıblar. Hər dəfə də, biz tozun-torpağın içində yaşamağa məcbur olmuşuq. Dekabr ayında da yenicə təmir etdikləri yerləri sökərək, yenidən təmir adına iş apardılar. Biz dəfələrlə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə və onun müavinlərinə müraciət edərək başqa yerdə mənzillə təmin edilərək məskunlaşdırılmağımızı bildirsək də, kimdir bizi eşidən...? Yenə də bu soyuq qış ayında binanın damını sökərək bizi şaxtanın altında yaşamağa məcbur etdilər. Dəfələrlə prezidentimiz İlham Əliyev cənablarına da yazaraq şikayət etsək də, şikayətimizə baxılmayıb. Əksinə Ənvər Seyidəliyev deyib ki, “kimə şikayət edirlər etsinlər, onları o binada çürüdəcəm.”  Mən də gördüm şikayətim eşidilmir, dərdimi Heydər Əliyevə deməyə qərar verdim. Mərhum prezidentimizin dövründə bu adamlar haqsızlıq edə bilmirdilər. Hər yerdə dərdimiz eşidilirdi. Ulu öndər Heydər Əliyevin vəfatından sonra isə məmurlar söz eşitməz olubdur. Xalqa sanki düşmən kəsliblər. Ənvər Seyidəliyev sanki bizim qəsdimizə dayanıb. Tikintidən 5-10 manat pul yeyəcək deyə, bizi bu qədər aşağılamağı hansı ədalətə uyğun gəlir?  İki övladım var, o binada hər an faciə baş verə bilər  və uşaqlarıma ciddi xəsarət toxuna bilər. Mən Cənab prezidentimizdən də, bizim problemlərimizə nəzər salmağı xahiş edirəm. 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti