“Prezident bir vətəndaş, şəhid ailəsi kimi hüquqlarımı qorusun”

Kəlbəcər rayon sakini Elşən Əli oğlu Məmmədov ölkə başçısı İlham Əliyevi və Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevi məhkəməyə verir. O, səbəb kimi prezidentin verdiyi sərəncamların Ağsu rayonunda icra olunmamasını göstərir.

1993-cü ildən Ağsu rayonunun Meleoratorlar qəsəbəsində yerləşən “Qərənfil” uşaq bağçasında məskunlaşdığını deyən şikayətçi şəhid ailəsi kimi imtiyazlarından istifadə edə bilmədiyini söyləyir: 

“Ailə başçımız - atam Əli Allahverdi oğlu Məmmədov ermənilərlə döyüşdə şəhid olub. Ağsu rayonunda məskunlaşandan bir dəfə də olsun hakimiyyətin hansısa bir qurumu tərəfindən diqqət  görməmişik. “Şəhid ailələri haqqında” Qanunub olmasına baxmayaraq, bugünə kimi mənzillə təmin edilməmişik. Ailə üzvlərimizin mənzillə bağlı dəfələrlə dövlət başçısına etdikləri müraciətlər də cavabsız qalıb, bəziləri isə yenidən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə göndərilib. Yenə də eyni vəziyyət”. Elşən Məmmədov Meydan TV-yə deyib ki, hazırda yaşadıqları uşaq bağçası sökülür: “Binada bizdən başqa 2 məcburi köçkün ailəsi də yaşayır. Harda görünüb ki, bir binada yaşayan insanları mənzillə təmin edib köçürmədən, yaşadıqları binanı sökələr? Yaşadığımız bağçanın damını da söküblər. Bu soyuqda acınacaqlı duruma düşmüşük. Mən bu gün şəhid ailələri haqqında olan sərəncamların icra olunmaması ilə əlaqədar İlham Əliyevi məhkəməyə vermişəm. Şikayətimi poçt vasitəsilə onun qeydiyyatda olduğu ərazi üzrə Səbail rayon Məhkəməsinə və Ağsu rayon Məhkəməsinə göndərmişəm. “Şəhid ailələri haqqında” Qanunun 7-ci maddəsində  deyilir ki, qanunun tələblərinə əməl etməyən aidiyyəti qurumlar məsuliyyət daşıyır. İcra başçısı isə bu məsuliyyətin onlara aid olmadığını bildirir. Ona görə də məcburam ki, prezidenti məhkəməyə verim və kimin məsuliyyət daşıdığına özləri qərar versinlər. Bundan sonra nə olacaqsa, olsun, belə yaşamaq mümkün deyil. Birdəfəlik cavab verilsin ki, şəhid ailələrinin sosial problemlərinin həll edilməsi üçün ayrılan milyonlarla vəsait kimlərə xəriclənir. Ya da desinlər ki, siz bu ölkənin vətəndaşı deyilsiniz”.

Elşən Məmmədov deyir ki, vəkilləri bir neçəsi ilə danışsa da, hamısı işinin çoxluğunu əsas gətirərək, ona yardım etməkdən imtina ediblər: “Məcbur olub şikayət ərizəsini özüm hazırlamışam. Məsələdə prezidentin adı keçir deyə media orqanları da şikayətimi işıqlandırmaqdan imtina edirlər. Bəs o zaman biz nə edək? Ağsu rayon İcra Hakimiyyəti təklif edir ki, “Azərenerji”nin köhnə binasına köçək. Ora yaşayış üçün yararsızdır. Həm də mən niyə inzibati binada məskunlaşmalıyam? Digər təklif də odur ki, Saatlıya, məcburi köçkünlər üçün tikilmiş qəsəbəyə gedim. 23 ildir Ağsuda yaşayıram, çətinliklə də olsa özümə güzəran yaratmışam, indi də atıb gedim? Axı niyə bir neçə ay bundan əvvəl təmir olunmuş bina yenidən təmirə dayandırılır ki, biz də belə vəziyyətə düşək? Anam xəstədir, ürəyindən müalicə olunmalıdır. Maddi imkanım çatmır. Bir yandan da təmirin səs-küyü, soyuq imkan vermir. Prezident bir vətəndaş, şəhid ailəsi kimi hüquqlarımı qorusun”.

Ağsu rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi Şəmsəddin Quliyev isə deyir ki, “Qərənfil” uşaq bağçası təmir olunaraq körpələrə verilməlidir: “Uzun illərdir həmin bağçada məcburi köçkünlər məskunlaşıb. İndi bağça təmir olunur. Təklif etmişik ki, məcburi köçkünlər Elektrik Şəbəkəsinin köhnə binasına köçsünlər. Elektrik Şəbəkə yeni binaya köçüb, köhnə bina isə boşdur. Bina şəhərin lap mərkəzində yerləşir, su, elektrik enerjisi və qaza təchiz olunub. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri də binaya baxış keçiriblər. Həmin bina təmir olunduqdan və yaşayış üçün tam hazır vəziyyət gətirildikdən sonra bağçada yaşayan 3 ailə oraya köçürüləcək”.

Teleqraf.az-a bu barədə yazaraq məlumat verən həmin binada məskunlaşan ailələrdən biri, Ağdam rayonundan məcburi köçkün olan Asəf Quliyev bildirib ki, “ məskunlaşdıqları “Qərənfil” uşaq bağçası bir ildə iki dəfə sökülərək yenidən təmir edilib.  Binanın dam örtüyü də bir neçə ay bundan qabaq dəyişdirlərək yenilənib. O zaman da biz bu cür əziyyətlərlə qarşılaşdıq, indi də. Mənim evdə 2 körpə övladım var, binada işləyən ustaların səsindən bilmirik nə edək. Binanın da üstünü açıblar. Qışın bu soyuq vaxtlaında insanlara bu cür zülm etmək harda görünüb?

Ağsu rayon icra hakimiyyəti tərəfindən onlara təklif edilən köhnə bina haqqında da bizi aldadırlar deyən Asəf Quliyev bildirib ki, ona və xalası Tamella Quliyevaya Elektrik Şəbəkəsinin köhnə binasına köçməyi təklif edərək, güya oranın təmir ediləcəyini bildirdilər. Bu məsələdə bizi aldadıblar.  O binada heç bir təmir işi getmir. Bunların bu soyuqda bizə qarşı fikirləri nədir biz də bilmirik.

Ümidlərinin ancaq prezident olduğunu bildirən  Asəf Quliyev, “ İnanıram ki, prezident bizim məsələmizi diqqətdə saxlayacaq və problemlərimizi həll edəcəkək. Artıq məmurlar da cəzasızlıq “status”unda olmadıqlarını dərk etməlidir. 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti