|
Prezident İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşması ilə bağlı sərəncam imzalayıb.
Teleqraf.az xəbər verir ki, prezidentin bu gün imzaladığı sərəncama əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.