|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" layihəsinin Ankara tərəfindən dayandırıldığını açıqlayıb.
Axar.az xəbər verir ki, "Türkiyə İnnovasiya Həftəsi"nin bağlanış məırqasimində danışan Ərdoğan yayılan xəbərlərin əsasszı olduğunu deyib.
"Rusiya ilə aramızdakı problemlərin təbii qaz, Ağquyu Nüvə Enerji Stansiyası kimi layihələri əhatə edəcəyinə dair bilgimiz yoxdur. "Türk axını" layihəsinin Rusiya tərəfindən dayandırılması ilə bağlı xəbərlər eşidirəm. Əziz qardaşlarım, bir dəfə də bu yalan xəbərlərə inanmayın. Tam əksinə, "Türk axını" tələblərimizin qarşılanmaması səbəbindən tərəfimizdən rəfə qaldırılıb. Həqiqət budur. Bu səbəbdən burada yaşanan son hadisələrdən qaynaqlanan hər hansı bir mənfi vəziyyətdən söhbət belə gedə bilməz. Buna baxmayaraq, Rusiyanın böhranı gərginləşdirmə siyasətindən yayınırıq. Hazırda onların dili ilə də danışmırıq. Biz, diplomatik dillə danışırıq. Bu mövzuda səbr edirik", - Türkiyə prezidenti qeyd edib.