|
Hacı Şahin Həsənli: "Hər bir inanclı vətəndaş üşün dövlətçilik bir qırmızı xətt olmalıdır"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Nardaranda baş verən hadisələrə münasibət bildirib.
Teleqraf.az-ın verdiyi xəbərə görə, tanınmış ilahiyyatçı bildirib ki: Bizim üçün əsas olan din-dövlət münasibətlərinin müsbət məcrada inkşaf edilməsidir. Biz hər zaman çalışmışıq ki, münasibətlərdə hansısa bir gərginlik yaranmasın. Azərbaycan müstəqilliyini yenicə qazanmış gənc bir dövlətdir. Yeni qurulan bir dövlətin müəyyən problemləri də ola bilər, ancaq hər bir inanclı vətəndaş üşün dövlətçilik bir qırmızı xətt olmalıdır. Bir çox maraqlı dairələr var ki, istəyirlər Azərbaycanda din zəminində qarşıdurmalar yaratsınlar. Azərbaycanda iki ənənəvi məzhəb var, əhli-sünnət və şiə məzhəbi. Bunlar tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşayıblar. Bəzi xarici qüvvələr var ki, bizim məzhəbimizi qorxunc simada təqdim etməyə cəhd göstərir və bu məsələdə dinə və dövlətçiliyə zərbə dəyir. Ona görə də ayıq –sayıq olmaq lazımdır. Hər bir atılan addımda işin aqibəti düşünülməlidir. Bu mənim mövqeimdir. Bu mövqeə görə kimsə məni tənqid də edə bilər, nəsə deyə bilər. Ancaq biz hansısa tənqidə görə, kiminsə bizi hədəfə aldığına görə öz mövqeimizdən çəkinməmişik və çəkinmək fikrində də deyilik.
İlahiyyatçı bəzi adamların bu möğvqedə olan insanlara qoyulacaq "Adlar"ın da hazır etdiyini deyərək bildirib ki: ” Adları hazır qoyurlar, İbn Ziyad, Təlhə, Zübeyr və s. Adlar hazırdır. Xoşlarına gəlməyən adamları bu adlarla ittiham edirlər. Ancaq ittiham dilini dəyişmək lazımdır. Cəmiyyət varsa, cəmiyyətdə fikir ayrılıqları da var və fərqli fikrə dözümlü yanaşmaq lazımdır. Heçkim bir başqasını təhqir edərək təkfir etməməlidir. Bizim əqidədə Təkfirçilik yoxdur və təssüf edirəm ki, bu təkfirçilik ruhiyyəsi hərdən bizə də sirayyət edir. Mənim kimi düşünməyən dindən çıxmışdır, kiməsə satılmışdır kimi naqis düşüncədə olan insanlar təssüflər ki, var. Biz bu ölkədə yaşayacağıq, bu dövlət bizim dövlətdir, bu dövlətin müstəqilliyi bizim üçün müqəddəs olmalıdır. Heç bir addım dövlətimizin müstəqilliyini kölgə altına almamalıdır. Dövlətin müstəqilliyini qorumaq ilk növbədə inanclı vətəndaşlarımızın borcudur. Azərbaycan əhalisinin əksəriyyəti inanclı insanlardır. İnanclı insanlar hansısa bir məhdud qrup deyil. Kiminsə kənardan istiqamət aldığı bir qrup da deyil. İnanclı insanlar Azərbaycanın dövlətçiliyinə sadiq insanlardır. Kiminsə müəyyən probləmləri ola bilər, kimsə nəiləsə razılaşmaya bilər bu insanların konstitusion hüququdur. Ancaq bu hüququ insanlar ancaq hüququ yollarla reallaşdırmağa cəhd göstərçəlidir. Bu bizim mövqeimizidir.