|
"Tehranda müvəqqəti cümə imamı Ayətullah Əli Kermani Rusiyanın Suriyaya təşkil etdiyi hava hücumlarında uğurlu olması üçün dua edib.
Avropa.info xəbər verir ki, Tehran Universitetinin tədris korpusunda qılınan cümə namazı xütbəsində Kermani rus əsgərləri üçün dua edib.
Xütbənin davamında Kermani "Rusiya ilə Türkiyə arasında baş verən hadisələrin ağıllı bir şəkildə həll olunmasını istəyirik və hər iki tərəfin soyuqqanlı olmasını istəyirik deyib."
Qeyd edək ki, İranda hər cümə günüdə bir ayətullah cümə imamı olur. Həmin cümə imamı ali dini Əli Hamaneyini təmsil edərək xütbə verir".
Bu millətin rusofilləri və İran fars rejiminin tərəfdarları üçün bu ən yaxşı nümunədir. Gördüyünüz kimi, bu iki dövlət özünü bir düşmən kimi aparır. Bu ayətullah o zaman obyektiv olardı ki, Suriyada qanları tökülən ərəblərin, türkmənlərin, ərəb və tütrkmən uşaqlarının ruhu üçün dua oxuyardı. Bu necə dindarlıqdır? Bunların əxlaqı varmı? Həzrəti Məhəmmədi (s.ə.v.) və Həzrəti Əlini sevən (ə) dindar belə olarmı? Orda sənin dindaşlarının qanı tökülür. Yaxşı din xadimisənsə, ölkəni bu addımlardan çəkindirməyə dua et. Bu onu göstərir ki, yalandan din donuna girən İranın dini rəhbərləri yalnız "alverlə" məşğuldurlar. Qurani Kərimdə (ə) müsəlmanın müsəlmanla davasına qadağa qoyulur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız Türkiyənin yanında olmalıdır. Lazım gələrsə, Azərbaycan subayları Türkiyə subayları ilə birgə düşmənlərlə döyüşməlidir. Tarixdə bu cür nümunələr çoxdur: "Çanaqqala döyüşü", "Bakının azad olunması uğrunda döyüş". İndi də elə olacaqdır. Bir də dünya bilməlidir ki, dünyada haqqı, ədaləti yalnız Türk ədaləti bərpa bilər.