|
Türkiyənin Su-24 qırıcısını vurması dünyadan dəstəklə qarşılandı. Bu səbəbə görə, Rusiyanın özünü haqlı çıxarma cəhdləri boşa çıxacaq.
Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyə Xarici İşlər nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Mənbə Ankaranın Rusiyadan üzr istəməyəcəyini bildirib:
“Türkiyənin Su-24 qırıcısını vurması dünyadan dəstəklə qarşılandı. Bu səbəbə görə, Rusiyanın özünü haqlı çıxarma cəhdləri boşa çıxacaq. Rusiya qırıcısının vurulması iki ölkə arasında münasibətlərə siyasi arenada təsir etməyəcək. Lakin Rusiya iqtisadi sahədə sanksiyalar tətbiq edə bilər. Bundan Rusiya iqtisadiyyatı da zərər görər. Rusiya məhz ölkə ictimaiyyətindən dəstək almaq üçün Türkiyə əleyhinə mövqeyini sərtləşdirəcək. Türkiyənin Moskva səfirliyinə hücum bunu sübut edir. Rusiya yaxın vaxtlarda Türkiyədən üzr və təzminat məsələsini gündəmə gətirəcək. Putin bunu çıxışında da səsləndirdi. Bu mərhələdə Türkiyənin üzr istəməsi və təzminat ödəməsi mümkün deyil”.
Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya istiqamətində sərhədlərini pozan Rusiya qırıcısını vurub.