|
Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmanların nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib.
APA-nın məlumatına görə, Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyi, həmin yaşayış məntəqələrində əsasən etnik türkmanların yaşadığını bildirilib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmanlarına aid azı 15 hədəfə zərbələr endirib.
“Ruslar “Su-24” təyyarəsi vurularkən türkman kəndlərini bombalayırdı”, - Suriya Türkmanları Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmanın Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.