|
İsveç Nobel komitəsi 2015-ci ildə kimya üzrə mükafatın sahibini açıqlayıb.
APA-nın komitənin saytına istinadən verdiyi məlumata görə, Türkiyədən Əziz Sancar, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri naliyyətlə əlaqədar bu mükafata layiq görülüblər.
Xatırladaq ki, ötən il kimya üzrə Nobel mükafatı amerikalı alimlər Erik Betsiq, Uilyam E. Morner və almaniyalı professor Stefan B. Hellə verilmişdi. Alimlər bu mükafata “yüksək keyfiyyətli fluoressent mikroskopiyanın inkişafına görə” layiq görülmüşdülər.