|
Azərbaycanın yüksək vəzifədə çalışan bəzi məmurları tikdirdikləri villaları sığortalamağın yeni metodunu tapıblar.
Məmurlar (onların içərisində nazirlər, komitə sədrləri çoxluq təşkil edir) əzəmətli və ecazkar evlərinin əldən çıxma, sökülmə risikini nəzərə alaraq fantaziyalarını işə salıb hətta dünya səviyyəsində təəccüb doğuracaq addıma imza atıblar.
Məlumatlara görə yüksək vəzifəlilər villalarının taleyini işıqlı etməkdən ötrü onları dünyanın ən məhşur tarixi-arxitektur abdilərin modellərində tikdiriblər.
Bununla da, məmurlar öz evlərini YUNESKO-nun maddi mədəniyyət nümunələri siyahısına salmağa cəhd edir və bəlkə də onları son sığınacaqları kimi əldə saxlamağa çalışır.
Məlumata görə, artıq YUNESKO-nun maddi irs siyahısına düşən villalar da var.
(modern.az)