|
Millət vəkili Fazil Mustafa özünün “Facebook” səhifəsində yazaraq Yaralalı PKK-çıların Rusiya Federasiyasında müalicə olunduqlarını bildirib. Teleqraf.az millət vəkilinin yazısını olduğu kimi oxucularına çatdırır:
"Rossıya 24 kanalı hazırda Qandilden PKK-nı təbliğ edən veriliş verir. Terrorçuları məsum göstərməyə çalışırlar. Sevindiricidir ki, türk ordusunun hava zerbələri xeyli hədəfə dəymiş. Çünki özlərini burada rahat hiss etmirlər. Türk aviasiyasının hücumlarından qorunmaq üçün her an göyə baxırlar. Yaralananlar Rusiyada müalice olunurlar. Rusiyanın PKK-ya açıq dəstək verdiyi dərhal anlaşılır. Hiss olunur ki, həm Suriyada, həm də İraqda Rusiya ve İran ordusu PKK ile koordinasiyalı hərəkət edəceklər. İŞİD bəhanədir,burada hədəf Türkiye ordusunun ciddi zərbə vurduğu PKK-nı çətin veziyyətdən çıxartmaqdır. Terrorun kökünü kəsmək üçün ilk öncə Türkiye siyasi elitasında səmimi uzlaşma olmalıdır. 01 noyabrdan sonra MHP-nin də daxil olduğu qətiyyetli bir koalisiya ile AKP bu məsələni qətiyyətlə çözməlidir."