Rusiya hərbi təyyarələri Suriyada Mərkəzi Kəşfiyyat İdarəsinin ofisinə hava zərbəsi endirib. Axar.az xəbər verir ki, Suriyada müxalifləri bombardmana məruz qoyan Rusiya tənqidlərə baxmayaraq bu gün də hücumlarını davam etdirib. Rusiyanın MKİ-nin mərkəzi ofisini vurduqdan sonra İran əsgərlərinin Suriyaya daxil olmasına şərait yaradıb. Məsələ ilə bağlı açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hədəflərin Suriya ordusu ilə birlikdə təyin edildiyini bildirib. Rusiyanın bu həmləsi Türkiyənin "təhlükəsiz zona" yaratmaq planlarının da üstündən xətt çəkmiş olacaq.