22 avqust Savalanı ziyarət günü yaxınlaşır. Bu gün Azərbaycanın ilk və son demokratik yolla seçilmiş prezidenti, əsrin sonlarındakı Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anım günüdür. Aktuallığını nəzərə alaraq bu böyük insanın keşməkeşli həyatından bəzi hadisələri diqqətinizə çatdırırıq.

24 iyun (1938) Kələki kəndinin “Xəlil yurdu” yaylağında dünyaya göz açıb.
Yanvar (1943) Atasa Qədirqulu kişi müharibəyə gedib və 5 yaşlı Əbülfəz atasız qalıb.
5 oktyabr (1962) SSRİ Hidrolayihə İnstitunun Bakı şöbəsində tərcüməçi-mühəndis işləməyə başlayıb (31 dekabradək). 
1 yanvar (1963) SSRİ “Başxaricienerji” idarəsinin xəttiylə birləşmiş Ərəb Respublikasına (Misrə) - Əsvan bəndi tikintisinə tərcüməçi işləmək üçün göndərilib (25 oktyabr 1964-ədək)
(1965) İndiki M.Ə.Rəsulzadə adına BDU-nun əyani aspiranturasına qəbul olunub və akad. Ziya Bünyadov ona elmi rəhbər təyin edilib.
(1968) Aspiranturanı bitirib, BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasına müəllim götürülüb. 

26 fevral (1970) "Tulunilər dövləti (868-905)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "tarix elmləri namizədi" alimlik dərəcəsi alıb.
5 noyabr (1972) BDU tarix fakültəsinin bir tələbəsi DTK-ya onun haqqında məlumat yazıb. Bundan sonra DTK onun haqqında geniş dosye düzəltməyə başlayıb. 
16 sentyabr (1973) Bir qonaqlıqda antisovet ruhlu sağlıq söyləyib və bu sağlıq sonralar ona qarşı ittihamların özəyində durub.

28 aprel (1974) Müəllimi olduğu kafedranın yığıncağında onun antisovet fəaliyyəti tənqid edilib.
13 noyabr (1974) Azərbaycan SSR prokurorluğu ona qarşı cinayət işi başlayıb və işi istintaq üçün DTK-ya göndərib.

20 noyabr (1974) Kirayədə yaşadığı evdə DTK axtarış aparıb və bir çox sənədlərini müsadirə edib.
24 noyabr (1974) DTK-da şahid qismində ilk dəfə dindirilməyə başlayıb. 
17 yanvar (1975) Azərbaycan DTK onu həbs edib və həmin gündən dindirməyə başlayıb.
30 yanvar (1975) Azərbaycan DTK-da dindirildiyi zaman Azərbaycanın bütövləşməsi üzərində hələ uşaqlıqdan düşündüyünü deyib.
11 may (1975) Azərbaycan SSR Ali Məhkəməsində məhkəməsi başlanıb. (15 mayda məhkəmə ona antisovet və millətçi fəaliyyətinə görə il yarım həbs kəsib).
17 iyul (1976) Siyasi dustaqlıqdan azad edilib.
7 dekabr (1976) Respublika Əlyazmalar Fonduna (RƏF) kiçik elmi işçi götürülüb.
24 aprel (1979) Respublika Əlyazmalar Fondunda baş elmi işçiliyə başlayıb.
28 sentyabr (1979) Həlimə Mirbaba qızı ilə ailə qurub.

8 dekabr (1980) RƏF-də şöbə müdiri işləməyə başlayıb.
Oktyabr (1985) - Oktyabr (1986) Moskvada - SSRİ EA Şərqşünaslıq İnstitutunda staj keçib.
17 fevral (1988) Əlyazmalar İnstitunda aparıcı elmi işçi işləməyə başlayıb.
24 fevral (1988) Elmlər Akademiyasında keçirilən yığıncaqda Azərbaycan KP MK-nı alimləri və mətbuatı susdurmaqda ittiham edib.
16 mart (1988) Elmlər Akademiyasında keçirilən yığıncaqda xalqımızı erməni təcavüzündən qorumaq üçün müdafiə cəmiyyəti yaratmağı təklif edib. (16 mayda Azadlıq meydanında keçirilən mitinqdə artıq bu cəmiyyəti yaratdıqlarını və bu mitinqi də həmin cəmiyyətin təşkil etdiyini bildirib).

4 iyun (1988) Son həbsdən buraxıldıqdan sonra ilk dəfə “Spartak” stadionundakı mitinqdə iştirak edərək Azərbaycanda hərbi vəziyyətin və qadağan saatının götürülməsini tələb edib.
26 oktyabr (1988) Ə.Elçibəyin öncüllüyü altında “Varlıq” cəmiyyəti yaradılıb.
17 noyabr - 5 dekabr (1988) 19 günlük Meydan epopeyasının əsas qəhrəmanlarından biri olub.
5 dekabr (1988) Meydan epopeyasi bitən gün həbs edilib (1 aylıq). 
5 yanvar (1989) Bir aylıq həbsdən buraxılıb və Azərbaycan Xalq Cəbhəsini (AXC) yaratmaqla məşğul olub.
16 iyul (1989) AXC-nin təsis konfransında bu təşkilatın sədri seçilib.
5 avqust (1989) Azadlıq meydanındakı mitinqdə AXC sədri Azərbaycanın iqtisadi və siyasi suverenliyinə nail olmağı ilk dəfə siyasi şüara çevirib.
15 sentyabr (1989) Azərbaycan SSR Ali Sovetinin DQMV-də XİK-ni ləğv edən sessiyasında çıxış edib.

24 sentyabr (1989) Azadlıq meydanındakı mitinqdə AXC-nin Azərbaycanın öz ordusunun, pulunun və xəzinəsinin yaradılması uğrunda mübarizədən dönməyəcəyini bildirib.
24 dekabr (1989) AXC orqanının - adını Elçibəyin qoyduğu və Nəcəf Nəcəfovun baş redaktorluq etdiyi “Azadlıq” qəzetinin ilk sayı çapdan çıxıb.
6-7 yanvar (1990) AXC-nin qurultay səlahiyyətli III konfransı keçirilib və Ə.Elçibəy yenidən AXC sədri seçilib.

(1990) 20 Yanvar ərəfəsində Bakıya gəlmiş SSRİ Ali Sovetinin sədri Yevgeni Primakova Azərbaycan xalqının demokratik seçkilər kecirmək istədiyini bəyan edib və “bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”cavabını eşidib.
(1990) 20 Yanvar faciəsiylə bağlı “Azərbaycan xalqına, dünyanın bütün demokratik qüvvələrinə, BMT-nin baş katibi Peres de Kuelyara müraciət” yazaraq göndərib.
5 fevral (1990) AXC Məclisinin fövqəladə Ağdaş konfransında istirak edib. 20 Yanvardan 15 gün sonra keçirilən bu Məclis AXC-nin yaşadığını göstərdi və ölkənin bütün kommunistlərini Sov.iKP-dən çıxmağa, partiyadakı vəzifələrindən istefa verməyə çağırdı.
30 aprel - 1may (1990) AXC Məclisinin Göyçay konfransında iştirak edib.
May (1990) Türkiyənin dünyanın ən böyük siyasi xadimlərinə verdiyi Atatürk mükafatına 1989-cu il üçün Əbülfəz Elçibəy layiq görülüb.
2 may (1990) AXC Məclisi bitdikdən sonra Göyçay ziyalılarıyla görüşüb.
10 may (1990) Respublikanın dövlət başçılarından, ziyalilardan və AXC rəhbərlərindən ibarət Məsləhət Şurası yaradılıb.
8 iyul (1990) AXC-nin təşəbbüsüylə keçirilən Azərbaycan demokratik qüvvələrinin forumunda iştirak edib. (Burada “Demokratik Azərbaycan” seçki bloku yaradılıb).
11 yanvar (1991) “Bizim Tanrı sevgimiz” məqaləsi “Ədəbiyyat qəzeti”ndə dərc olunub. 
Mart (1991) SSRİ-ni saxlamaq üçün 17 martda keçiriləcək referenduma etiraz olaraq aclıq aksiyasına qoşulub və onda sonadək iştirak edib.

13-17 iyul (1991) AXC-nin I qurultayının birinci dövrəsi keçirilib. Elçibəy burada siyasi məruzə edib (16 iyul).
23 avqust (1991) Mütəllibovçular AXC qərargahında onu vəhşicəsinə döyərək başından yaralayıblar.
3-4 oktyabr (1991) A.Mütəllibovla AXC rəhbərliyinin danışıqlarında iştirak edib. Bundan sonra ayın 8-11-də Ali Sovetin sessiyası cağrılıb, Milli Məclis yaradılması orada müzakirə edilib, Milli Ordu yaratmaq qərara alınıb. 18 oktyabrda Azərbaycanın müstəqilliyi haqqında Konstitusuya aktı qəbul edilib.
10 yanvar (1992) Udi xalqının oğlu, görkəmli türkoloq alim, professor Voroşil Qukasyanın Qəbələnin Nic kəndində keçirilən 60 illik yubileyinə təbrik məktubu göndərib və bununla udilərin Azərbaycanda yaşamaşı təmin edilib. 
25-27 yanvar (1992) AXC-nin I qurultayının ikinci dövrəsi keçirilib və bağlanış günündə Ə.Elcibəy son söz söyləyib.

FEVRAL (1992) AXC I qurultayının qərarına əsasən Ali Sovetdə AXC və Milli Şura üzvlərinin Qarabağdakı vəziyyətə dair keçirdikləri müşavirədə yaxından iştirak edib.
15-16 fevral (1992) AXC Ali Məclisinin sessiyası prezident A.Mütəllibov başda olmaqla Azərbaysanın bütün ali icra hakimiyyətinin istefasını tələb edib.
26 fevral (1992) Xocalı faciəsi baş verib. Ertəsi gün Elçibəy bəyanat verərək iqtidarın suçlu olduğunu bildirib.
9 mart (1992) “Azərbaycan Respublikasinda koalision hökumət yaradılması barədə Baş nazir H.Həsənov və koalisiyaya daxil olması nəzərdə tutulan AXC-nin sədri Ə.Elçibəy arasında razılaşma protokolu”nu imzalayıb.
25 mart (1992) AXC sədri Ə.Elçibəy Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında çıxiş edib: “Üç aydan sonra seçəcəyiniz prezidenti bir ildən sonra yıxacaqsınız”.
4 aprel (1992) AXC-nin Azadlıq meydanındakı mitinqində İsa Qəmbərov bəyan edib: “Biz qərara gəlmişik ki, hakimiyyət Ə.Elçibəyin şəxsində xalqın əlinə keçsin”.
9 aprel (1992) AXC Ali Məclisinin fövqəladə sessiyası Elçibəyi rəsmən Azərbaycan prezidentliyinə namizəd göstərib.
3 may (1992) MHP başqanı Alparslan Türkeş Azadlıq meydanında çıxış edərək Elçibəyin prezidentliyə namizədliyini dəstəkləyib.


14-15 may (1992) A.Mütəllibov qanunsuz yolla hakimiyyətə qayıdıb. Elçibəy həmin gecə silahdaşlarıyla AXC qərargahında qalıb. Ertəsi gün AXC başda olmaqla müxalifət qüvvələri onu qovaraq Konstitusuyanı qoruyub.
15 may (1992) AXC sədri, prezidentliyə namizəd Elçibəy televiziyayla xalqa müraciət edib: “Bu gün Azərbaycanda tamamilə yeni bir dövlət yaradılmalıdır”.
7 iyun (1992) Xalqımızın tarixində keçirilən ilk azad və ədalətli seçkilərdə Azərbaycan Respublikasının prezidenti seçilib.
16 iyun (1992) Prezident seçilmiş Ə.Elçibəy Ali Sovetdə and içib.
17 iyun (1992) Prezident olaraq ilk qanunu (“Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”) imzalayıb.
19 iyun (1992) Prezidentin adına alınmış bütün hədiyyələrin muzeydə saxlanmasına sərəncam verib.
23 iyun (1992) Onun fərmanlarıyla Dövlət Əmlak Komitəsi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb.
24-27 iyun (1992) Prezident Ə.Elçibəy Qara Dəniz Hövzəsi Ölkələrinin İqtisadi İşbirliyi üzrə Zirvə Toplantısında iştirak etmək üçün Türkiyədə olub.
6 iyul (1992) Prezident Ə.Elçibəy “Ostankino” televiziyasının proqramında birbaşa efirdə ana dilimizdə çıxış edib.
7 iyul (1992) Prezident Ə.Elçibəyin fərmanıyla Azərbaycan Dövlət Balıqçılıq Təsərrüfatı Konserni yaradılıb.

7-11 iyul (1992) Prezident Ə.Elçibəy Helsinkidə ATƏM-in zirvə toplantısında iştirak edib.
İYUL (1992) ATƏM-in Yekun sənədini imzaladıqdan sonra prezident Elçibəy Helsinkidə dünya prezidentləri qarşısında ana dilimizdə çıxış edib.
10 iyul (1992) Prezident Ə.Elçibəy Avropada adi silahların məhdudlaşdırılması haqqında müqaviləni imzalayıb.
15 iyul (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikasının milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərman imzalayıb.
İYUL(1992) Prezident Ə.Elçibəyin fərmanıyla Milli Ləl-Cəvahirat Fondu yaradılıb.
İYUL(1992) Prezident Ə.Elçibəyin fərmanıyla Azərbaycan Dövlət Torpaq Komitəsi, Azərbaycan Respublikası Prezidenti Yanında Xüsusi İdarə yaradılıb.
21 iyul (1992) Prezident Ə.Elçibəyin fərmanıyla Tələbə Qəbulu üzrə Dövlət Komissiysı yaradılıb və ona imtahanları test sistemiylə keşirmək tapşırılıb.
İYUL “Kütləvi informasiya vasitələri haqqında” qanunu imzalayıb.
3 avqust (1992) Prezident Ə.Elçibəy hərbi quruculuq məsələlərini müzakirə etmək üçün ümumrespublika müşavirəsi keçirib.

7 avqust (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikası Milli Bankı haqqında” və “Azərbaycan Respublikasındakı banklar və bank fəaliyyəti haqqında” qanunları imzalayıb.
11 avqust (1992) Prezident Ə.Elçibəyin fərmanıyla Xarici İnvestisiyalar Komitəsi yaradılıb.
13 avqust (1992) Prezident Ə.Elçibəy “Ticarətin sərbəstləşdirilməsi haqqında” fərman verib.
18 avqust (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fonduna, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına və onlarla bağlı təşkilatlara daxil olması haqqında” fərman verib.
20 avqust (1992) Prezident Ə.Elçibəy “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun imzalayıb.
avqust (1992) Prezident Ə.Elçibəy Azərbaycan televiziyasında xalqa hesabat verib.
27 avqust (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” fərman verib. 
28 avqust (1992) Prezident Ə.Elçibəy Gəncəyə səfər edib. 
29 avqust (1992) Gəncədən Tərtərə gedərkən Bakı-Qazax yolunda prezident Ə.Elçibəyə qarşı sui-qəsd cəhdi edilib.

30 avqust (1992) Prezident Ə.Elçibəy Göyçayda səfərdə olub.
3 sentyabr (1992) Prezident Ə.Elçibəyin fərmanıyla “Azəriqaz” Dövlət Şirkəti yaradılıb.
4 sentyabr (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikasında gömrük nəzarətini təmin etmək tədbirləri haqqında” fərman verib.
7-8 sentyabr (1992) Prezident Ə.Elçibəyin dəvətiylə Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Bakıda olub.
9 sentyabr (1992) “Ali və orta ixtisas məktəbləri tələbələrinə və texniki peşə məktəbləri şagirdlərinə əlavə pul ödənilməsi haqqında” fərman verib.
13 sentyabr (1992) Prezident Ə.Elçibəyin fərmanıyla Azərbaycan Dövlət Neft Şirkəti və “Azərikimya” Dövlət Şitkəti yaradılıb.
sentyabr(1992) Prezident Ə.Elçibəy “Azərbayjan Respublikasında yaşayan milli azlıq,azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərman verib.

21 sentyabr (1992) Prezident Ə.Elçibəy Türkiyə ali məktəblərinə girmiş tələbələrlə “Respublika” sarayında görüşüb.
22 sentyabr (1992) Prezident Ə.Elçibəy Bakı Birləşmiş Ali Komandirlər Məktəbində kursantların andiçmə mərasiminə qatılıb.
30 sentyabr (1992) Prezident Ə.Elçibəyin fərmanıyla Dövlət Sosial Müdafiə Fondu yaradılıb.
1 oktyabr (1992) Prezident Ə.Elçibəy “İşləməyən pensiyaçıların, ali və orta ixtisas məktəbləri tələbələrinin sosial müdafiəsini gücləndirmək haqqında” fərman verib. 
(1992) Prezident Ə.Elçibəy büdcədən maliyyələşən bir sıra idarə və təşkilatların işçilərinin əmək haqqının 50% artırılması haqqında fərman verib.
6 oktyabr (1992) Prezident Ə.Elçibəy Sabirabadda pambıqçılıq rayonları rəhbərlərinin müşavirəsini keçirib.
7 oktyabr (1992) Prezident Ə.Elçibəyin qatıldığı Milli Məclis sessiyası MDB-yə girməyi rədd edib.

9 oktyabr (1992) Ali Baş Komandan Əbülfəz Elçibəy Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradını qəbul edib.
12-13 oktyabr (1992) Prezident Ə.Elçibəy Rusiyaya ilk rəsmi səfər edib. O, keçmiş SSRİ respublikalarının prezdentləri içərisində Rusiyayla bərabərhüquqlu müqavilə bağlayan (12 oktyabr) ilk prezidentdir.
17 oktyabr (1992) Prezident Ə.Elçibəy ölkənin hüquq-mühafizə və inzibati orqanları rəhbərləriylə işçi görüş-müşavirə keçirib.
21 oktyabr(1992) Prezident Ə.Elçibəy bir sıra ölkələrin səfirlərini qəbul edib.
28-29 oktyabr (1992) Prezident Ə.Elçibəy Türkiyə Cümhuriyyətinin 69-cu ildönümü şənliklərində iştirak etmək üçün bu ölkədə olub.
30-31 oktyabr (1992) Prezident Ə.Elçibəy Türkiyədə türk cumhuriyyətləri başçılarının zirvə toplantısında iştirak edib.
1-5 noyabr (1992) Prezident Ə.Elçibəy Türkiyədə rəsmi səfərdə olub.
17 noyabr (1992) Prezident kimi Azadlıq meydanındakı Milli Dirçəliş gününə həsr olunmuş mitinqə qatılıb.

19 noyabr (1992) Prezident Ə.Elçibəy ölkənin işgüzar adamlarıyla görüşüb.
23 noyabr (1992) Prezident Ə.Elçibəy cəbhə bölgəsində (Ağdam) olub.
(1992) Prezident Ə.Elçibəy “Qiymətli kağızlar və fond birjaları haqqında” qanunu imzalayıb.
4-6 dekabr (1992) “Respublika” sarayında AXC-nin növbədənkənar II qurultayı keçirilib. Prezident Ə.Elçibəy “Ölkədə ictimai-siyasi vəziyyət və AXC-nin fəaliyyəti haqqında” məruzə edib. 
9-10 dekabr (1992) Prezident Ə.Elçibəy Ukraynaya rəsmi səfərdə olub.
15 dekabr (1992) Prezident Ə.Elçibəy “Sahibkarlıq fəaliyyəti haqqında” qanunu imzalayıb.
18 dekabr (1992) Prezident Ə.Elçibəy “Aspirantların, ali, orta ixtisas və texniki peşə təhsili məktəbləri tələbələrinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” fərman verib.
22 dekabr (1992) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunu imzalayıb.
25 dekabr (1992) Prezident Ə.Elçibəy BDU-da müəllim və tələbələrlə görüşüb.
27 dekabr (1992) Prezident Ə.Elçibəy kənd təsərrüfatı problemlərinə həsr olunmuş müşavirə keçirib.

3 yanvar (1993) Prezident Ə.Elçibəy ermənilərin hücumlarıyla və işğal təhlükəsiylə bağlı olaraq Ağdam rayonu ərazisində fövqəladə vəziyyət (FV) tətbiq edilməsi haqqında fərman verib. 
7 yanvar (1993) Prezident Ə.Elçibəy “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanunu imzalayıb (28 yanvarda qüvvəyə minib).
8 yanvar (1993) Prezident Ə.Elçibəyin ABŞ prezidenti Corc Buşa və Rusiya prezidenti Boris Yeltsinə göndərdiyi məktub mətbuatda dərc edilib.
13 yanvar (1993) Prezident Ə.Elçibəy respublikadakı bütün siyasi partiyaların nümayəndələrini qəbul edib.
15 yanvar (1993) Prezident Ə.Elçibəy “Varidata təminat verilməsi haqqında” qanunu imzalayıb (23 yanvarda qüvvəyə minib).
19 yanvar (1993) Prezident Ə.Elçibəyin təkidləri nəticəsində Milli Məclis kommunist deputatların müqavimətini qıraraq dövlət gerbimizi qəbul edib.
Yanvar Azadlıq meydanında 20 Yanvara həsr olunmuş mitinqdə iştirak və çıxış edib.
Yanvar 20 Yanvarla bağlı soydaşlarımıza müraciət edib.
Yanvar Şəhidlər Xiyabanına gedərək şəhidlərimizi yad edib.
20 yanvar (1993) “Respublika” sarayında keçirilən “Qanlı Yanvar” gecəsinə qatılıb.
22 yanvar (1993) Misrin Rusiyadakı səfiri Nəbil Əbdül Qafur əl-Orabini qəbul edib.
23 yanvar (1993) ATƏM-in Minsk Konfransının sədri Mario Raffaellini qəbul edib.
25 yanvar (1993) Prezident Ə.Elçibəy Laçın rayonu sakinlərinin qismən səfərbərliyinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
26 yanvar (1993) Prezident Ə.Elçibəy Qubadlı və Qazax rayonlarında FV tətbiq etmək haqqında fərman imzalayıb.
Yanvar Rəhim Hüseynovu baş nazir vəzifəsindən azad edib və onun səlahiyyətlərinin icrasını I müavin Əli Məsimova tapşırıb.
Yanvar Rusiya prezidenti B.Yeltsinlə telefonla danışaraq Rusiyanın yeni gömrük qaydalarının Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin tənzimlənməsində əngələ çevriləcəyindən narahatlığını bildirib.

27 yanvar (1993) Prezident Aparatının təqdim etdiyi “Azərbaycan Respublikası Milli Məclisi seçkiləri haqqında” qanunun layihəsi mətbuatda dərc edilib.
28 yanvar (1993) Səfir Altan Karamanoğlunu çağıraraq Fransadan Ermənistana göndərilən “humanitar yardımlar”a Türkiyənin hava yolu verməsinə etirazını bildirib və Türkiyə hökumətinin (Süleyman Dəmirəlin) izahat verməsini tələb edib
Fevral (1993) Azərbaycanla Türkiyə Bakı-Ceyhan neft kəmərinin çəkilişi haqqında saziş imzalayıb. 
2 fevral (1993) Prezident Ə.Elçibəy Güney Azərbaycandan olan aydınlarımızla görüşüb.
3 fevral (1993) Bakıya rəsmi səfərə gəlmiş Gürcüstan başçısı E.Şevardnadzeni və baş nazir T.Siquanı qəbul edib.
FEVRAL ABŞ prezidenti B.Klintona Ermənistanın təcavüzü ilə bağlı göndərdiyi məktub mətbuatda dərc edilib.
4 fevral (1993) "Türk poeziyasının Tanrısı" saydığı Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Təşkilat Komitəsinin ilk iclasını keçirib.
FEVRAL (1993) Prezident yanında kənd təsərrüfatı məsələləriylə bağlı geniş müşavirə keçirib.
8-10 fevral (1993) Prezident Ə.Elçibəy Gəncədə səfərdə olub. Burada prezidenti girov götürərək dövlət çevrilişi etməyə cəhd göstərilib.

9 fevral (1993) "Respublikadakı hərbi-siyasi durumla bağlı AXC İK-nin bəyanatı" yayılıb. Bu bəyanat R.Qazıyev və S.Hüseynova qarşı yönəlmişdi.
12 fevral (1993) Qardaşı Həsən Əliyevin yasına gəlmiş Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə Bakıda 8 saatlıq görüş keçirib.
18 fevral (1993) Prezident Ə.Elçibəy "Xocalı faciəsi zamanı həlak olanların ailələrinə maddi yardım verilməsi haqqında" sərəncam imzalayıb.
23 fevral (1993) Prezident Ə.Elçibəy "Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və erməni terrorizmi qurbanlarının xatirələrinin əbədiləşdirilməsi haqqında" fərman verib. 
Martın sonu (1993) Prezident Elçibəyin təkidləri nəticəsində Rusiyanin sərhəd qoşunları Azərbaycandan il yarım tez tam çıxarılıb.

17 mart (1993) Prezident Ə.Elçibəy qədim türklərin Orxon-Yenisey yazılı abidələrinin oxunmasının 100 illiyini dekabrda təntənəli qeyd etmək üçün Təşkilat Komitəsi yaratmaq haqqında sərəncam verib.
21 mart (1993) Binə hava limanında yeni aerovağzal kompleksi beynəlxalq terminalının təntənəli açılışında iştirak edib.
31 mart - 1 aprel (1993) Prezident Ə.Elçibəy Bakıda keçirilən M.Şəhriyar poeziyasına həsr olunmuş beynəlxalq konfransı təbrik edib.
Ermənilər Kəlbəcərə soxulub. Elçibəy BMT-nin Baş katibi Butros Qaliyə məktub göndərib.
1 aprel (1993) Prezident Ə.Elçibəy Milli televiziyayla çıxış edərək ölkənin durumunu şərh edib, dövlət quruculuğu problemlərini açıqlayıb.
2 aprel (1993) Kəlbəcər və Laçına erməni təcavüzüylə bağlı ABŞ və Rusiya prezidentlərinə məktub göndərib.
APREL “Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) əlavələr edilməsi haqqında”qanunu imzalayıb.
3 aprel (1993) Kəlbəcər tam işğal olunub. Elçibəy bir çox dövlətlərin başçılarıyla, BMT-nin Baş katibiylə bu haqda danışıb.
6 aprel (1993) BMT Təhlükəsizlik Şurası Ermənistanının Kəlbəcəri işğal etməsiylə bağlı prezident Ə.Elçibəyin müraciətini müzakirə edərək bəyanat qəbul edib və Ermənistanın münaqişə tərəfi olduğunu təsdiqləyib.
7-8 aprel (1993) Cəbhə bölgələrində (Cəbrayıl, Füzuli, Ağdam) olub.
12 aprel (1993) Ali Baş Komandan Elçibəyin sədrliyi altında hökumətin geniş iclası keçirilib.
13-15 aprel (1993) Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib.
16 aprel (1993) İstefa vermiş İ.Həmidovun yerinə A.Abdullayevi daxili işlər naziri təyin edib.
20-22 aprel (1993) 18 apreldə vəfat etmiş Turqut Özalın dəfnində iştirak etmək üçün Türkiyədə olub.
24-26 aprel (1993) BMT Təhlükəsizlik Şurası Ermənistanın Kəlbəcəri işğal etməsini prezident Elçibəyin təklifiylə müzakirə edib.
APREL (1993) Prezident Ə.Elçibəy Milli Məclisin Nazirlər Kabinetini formalaşdırmağı müzakirə edən qapalı iclasında iştirak edib.
29 aprel (1993) Prezident Ə.Elçibəy Pənah Hüseynovu baş nazir təyin edib.
30 aprel (1993) BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsiylə bağlı 822 saylı qətnamə qəbul edib.
13 may (1993) Prezident Ə.Elçibəy Sumqayıtın sənaye potensialıyla tanışlıq üçün bu şəhərdə olub.
MAY(1993) Prezident Ə.Elçibəyə ABŞ prezidenti B.Klintonun məktubu mətbuatda dərc edilib.
25 may (1993) General Şerbakın başçılıq etdiyi hava-desant diviziyasının Gəncədən getməsiylə Azərbaycan ərazisindən rus qoşunları tam təmizlənib.
28 may (1993) Azərbaycan Respublikasının 75 illiyinə həsr edilmiş təntənəli yığıncaqda çıxış edib.
1 iyun (1993) Prezident Ə.Elçibəy Azərbaycanda dövlət səviyyəsində ilk dəfə qeyd olunan Qurban bayramı münasibətiylə xalqımızı təbrik edib.
İYUN(1993) Rusiyanın və siyasi müxalifətin dəstəklədiyi S.Hüseynovun başçılığı altında Gəncədə dövlət əleyhinə silahlı qiyam başlanıb.
5 iyun (1993) Prezident Ə.Elçibəyə ABŞ prezidenti B.Klinton məktub göndərib.
Prezident Ə.Elçibəyin yanında Gəncədəki qiyamla bağlı müşavirə keçirilib.
İYUL(1993) Gəncə hadisələtini müzakitə etmək üçün prezidentin sədrliyi altında hökumətin iclası keçirilib. Baş nazir Pənah Hüseynov istefa verib.
8 iyun (1993) Prezident Ə.Elçibəy Gəncə hadisələriylə bağlı Azərbaycan xalqına müraciət edib.
İYUL Milli Məclisin iclasına qatılıb.
9 iyun (1993) Ə.Elçibəy “Azərbaycan Respublikasının Gəncə şəhərində 4-10 iyun 1993-cü il hadisələrində iştirak edən şəxslərə amnistiya verilməsi haqqında” qanun imzalayıb.
13 iyun (1993) Ali Sovetin sədri İsa Qəmbər istefa verib.
14 iyun (1993) Prezident Ə.Elçibəy xarici ölkələrin diplomatik korpuslarının başçılarını qəbul edib. Həmin gün Gəncədə Heydər Əliyevlə görüşündən sonra Surət Hüseynov Elçibəyin də istefasını tələb etməyə başlayıb.

15 iyun (1993) Prezident Aparatı qarşısındakı mitinqdə çıxış edib.
İYUN Prezident Ə.Elçibəy 709 saylı hərbi hissənin əsgər və zabitlərinə müraciət edib.
İYUN H.Əliyev Ali Sovetin sədri seçilib.
İYUL(1993) Prezident vəzifəsində son rəsmi qəbulu olub - Türkiyənin dövlət adamları Əli Naci Tuncəri və Özdəm Sanberqi qəbul edib.
İYUL(1993) Prezident kabinetində sonuncu iş günündə bir sıra görüşlər keçirib.
18 iyun (1993) Ölkədə vətəndaş müharibəsinin qarşısını almaq üçün Kələki kəndinə gedib.
İYUN(1993) Milli Məclis prezident Ə.Elçibəyin guya öz vəzifələrini icra edə bilməməsi bəhanəsi ilə onun səlahiyyətlərini Ali Sovetin sədrinə (H.Əliyevə) vermək haqqında Konstitusiyaya zidd qərar çıxarmaqla 4 iyun qiyamını parlament yolu ilə başa çatdırıb.
İYUL(1993) Kələki kəndində mətbuat konfransı keçirərək H.Əliyevin prezident seçilmək istədiyini bildirib.
28 iyul (1993) H.Əliyevin təkidiylə Milli Məclis prezident Elçibəyə etimad barədə referendum keçirilməsini qərara alıb.
avqust (1993) FV şəraitində keçirilmiş saxtalaşdırılmış referendumda guya xalq prezident Elçibəyə etimad göstərmədi və o, hakimiyyətdən uzaqlaşdırıldı.
3 oktyabr (1993) Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
15 oktyabr (1993) Elçibəyin bibisi oğlu, şərqşünas alim Aydın Qasımov terrorçu kimi həbs edilib. Bir neçə gün sonra H.Əliyev hakimiyyəti Kələkiyə silahlı basqın etməyə cəhd göstərib.
18 oktyabr (1993) H.Əliyev onun prezident səlahiyyətlərini mənimsəyib.
11 dekabr (1993) “Azadlıq”qəzetində onun “Müstəqillik: ikinci cəhd” hesabatı dərc edilib.
23 mart (1994) Elçibəyin ideyasıyla Demokratik Konqres yaranıb (AXC, Ana Torpaq, Müsavat, XAP və ADP-dən ibarət).
İYUL(1994) AXC-nin yaradılmasının 5 illiyi münasibətilə Kələkidən göndərdiyi təbrik məktubu mətbuatda dərc olunub.
24-25 iyun (1995) AXC-nin III qurultayı keçirilib. Kələkidə olan Elçibəy yenidən partiya sədri seçilib.

25 iyun (1995) AXCP-nin I (AXC-nin IV) qurultayının ilk dövrəsi keçirilib.
6 yanvar (1993) Türkiyınin “Sabah” qəzeti baş nazir Süleyman Dəmirəllə “Elçibəyi KQB təhrik edir” başlıqlı müsahibə dərc edib.
30 oktyabr (1997) 4 il 4 ay siyasi mühacirətdə olduğu Kələki kəndindən Bakıya dönüb. 
Noyabr (1997) Bütöv Azərbaycan Birliyini yaradıb.
9 yanvar (1998) Sərəncamla özünün şəxsi mətbuat katibliyini yaradıb və Ə.Tahirzadəni mətbuat katibi təyin edib.
Yanvar Böyük Britaniyanın Oksford Universitetinin professoru Maykl Makferleyni qəbul edib.
Yanvar Demokratik Konqresin özəlləşdirməyə həsr olunmuş yığıncağında iştirak edib. 
Yanvar “Gənc Aydın” dərgisinə müsahibə verib.
(1998) “Hyatt Regency” otelində Demokratik Konqrensin neft mövzusunda keçirdiyi tədbirə qatılaraq orada çıxış edib.
Yanvar Din və Demokratiya Mərkəzinin keçirdiyi “İslam və millətçilik” mövzusunda yığıncaqda iştirak edib.
(1998) ABŞ Dövlət Departamenti Qafqaz və Mərkəzi Asiya İşləri Şöbəsinin rəis müavini Bryus Donahyunu qəbul edib.

Yanvar Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib.
16 yanvar (1998) BAB sədri Ə.Elçibəy mətbuat konfransı keçirib.
30-31 yanvar (1998) AXCP-nin II (V) qurultayında Elçibəy yenidən partiya sədri seçilib.
12 mart (1998) R.Behbudov adına Mahnı Teatrında görkəmli müsavatçı Mirzəbala Məmmədzadənin 100 illik yubileyində çıxış edib.
APREL (1998) Azərbaycan gənclər təşkilatlarının nümayəndələriylə görüşüb.
MAY(1998) Bütöv Azərbaycan Hərəkatının təşkil etdiyi “XX əsrin sonu Azərbaycanda milli azadlıq hərəkatı” mövzusunda elmi-nəzəri diskussiyada çıxış edib.
1 avqust (1998) ATƏT nümayəndələrini qəbul edib.
15 avqust (1998) Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkatın (SİDSUH) mitinqində iştirak və çıxış edib.
22 avqust (1998) Demokratik Konqresin keçirdiyi “Seçki-98: çağdaş durum və perspektivlər” konfransında çıxış edib.
11 sentyabr (1998) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərlərini qəbul edib.
6 noyabr (1998) Ölkədəki son ictimai-siyasi durumla bağlı mətbuat konfransı keçirib və Heydər Əliyevin PKK-nın yaradılmasında iştirakını söyləyib.
noyabr (1998) 6 noyabrdakı mətbuat konfransında söylədiyi fikirlərlə bağlı haqqında cinayət işi açılıb və AR Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb.
28 noyabr (1998) BAB-ın qurultay səlahiyyətli təsis konfransında iştirak edib.
21 dekabr (1998) Ə.Elçibəyin Hüquqlarını Müdafiə Komitəsinin ilk yığıncağı keçirilib.
(1999) Latın qrafikasında çıxan “Tanıtım” qəzetinin 1-ci sayından başlayaraq Ə.Tahirzadənin ondan götürdüyü “Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır” mühasibəsi il boyunca dərc edilib.
(1999) BAB Mərkəzi Şurasında babilik mövzusunda məruzə edib.
Yanvar BBC radiosunun müxbiri Stiven Marliyə müsahibə verib.
(1999) Gənclər təşkilatlarının nümayəndələriylə görüşərək onların qarşısında çıxış edib.
“Ekspres”qəzetinə müsahibə verib.
(1999) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri Nikolay Vulçanovu və Con Raydsı qəbul edib.
24 yanvar (1999) “Hyatt Regency”otelinin Quba zalında onun “Tolunoğulları dövləti” (İstanbul, 1997) və “Bütöv Azərbaycan Yolunda” (Ankara,1998) kitabları təqdim edilib.
(1999) H.Əliyevin PKK-nın yaradılmasında iştirakı olduğunu bildirdiyinə görə 12 dekabr 1998-də barəsində müqəssirlik elan olunmuş Ə.Elçibəyin Bakı Şəhər Məhkəməsində məhkəməsi başlanıb (11 fevralda məhkəməyə xitam verilib).
15 fevral (1999) Aydınlar Birliyi təşəbbüs qrupunun yığıncağında iştirak edib.
2 mart (1999) Mahmudəli Çöhrəqanlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Ə.Elçibəy ilk mətbuat konfransını keçirib.

26 mart (1999) AXCP-nin təqdim etdiyi “Azərbaycan cəmiyyətində islamın yeri” konsepsiyasının müzakirəsini aparıb.
APREL (1999) BAB Gənclər Təşkilatının təşəbbüşüylə keçirilən Azərbaycan gənclər təşkilatlarının I forumunda iştirak edib. 
İYUL(1999) Şəhriyar klubunda AXC-nin 10 illik yubileyində iştirak edib.
avqust (2000) Ankarada Gülhanə hərbi tibb xəstəxanasında dünyasını dəyişib.
avqust (2000) Yarım milyona yaxın soydaşı onun cənazəsini Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırıb.
oktyabr (2000) AXCP-nin III (VI) qurultayı onu özünün əzəli və əbədi sədri seçib.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti