NASA-da bir neçə il əvvəl "Tam məxfi" adı altında sensasiyalı məlumat saxlanılırdı. ANS PRESS-in məlumatına görə, 9 avqust 1973-cü ildə astronavtlar "Skayleb - 2" kosmik gəmisinin göyərtəsindən ABŞ kosmik araşdırmalar laboratoriyasının əməkdaşlarına son dərəcə heyrətləndirici məlumat ötürüblər. Məlumatda bildirilir: "Cəhənnəm Günəşin ortasında yerləşir. Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük". Rabitə bir neçə dəqiqəyə kəsilir, bunun ardınca isə astronavtlar kosmik fəzadan uçuş üçün normal məlumatlar ötürürlər. Sanki bundan əvvəlki sensasiyalı xəbəri ötürən onlar olmayıb...

NASA mütəxəssisləri bu hadisə ilə bağlı bütün şayiələri 16 il müddətində təkzib etdilər. Lakin 1985-ci ildə Amerikanın "Dünya elmi" jurnalı bu sirrin pərdələrini qaldırdı. "Skayleb - 2" kosmik gəmisinin ekipajının Yerə ötürdüyü ağlasığmaz məlumat dərc olunur və insanları dəhşətə gətirir.

1978-ci ilin avqustunda kosmik gəminin göyərtəsində yerləşən astronavtlar spektoqramın (spektrin foto şəkli) köməyilə günəş partlayışını araşdırırdılar və bütün dəyişikliklər fotolentdə öz əksini tapırdı. Bu müşahidələr zamanı Günəşdə olduqca güclü partlayış baş verir. Odlu kürənin içindən 800 min kilometr hündürlüyündə (!) alov sütunu ucalır.

Və bu maye axın gözlənilmədən heyrətdən şoka düşmüş müşahidəçilərin gözləri önündə sönür. Cihaz 70 saniyə ərzində dəhşətli yuxuya bənzəyən görüntüləri qeydə alır: Bu alovlu sütunda əbədi odda yanaraq əzab çəkən yüzlərlə insan siması peyda olur. Əvvəlcə astronavtlar bunun hallüsinasiya olduğunu düşünürlər, lakin bu üz cizgiləri çox dəqiq idi. Astronavtlar ateistlərin fərziyyə hesab etdiyi Cəhənnəmi görürdülər...

Jurnal iddia edir ki, hal-hazırda amerikalıların 42 il əvvəl aldıqları bu məlumat çox diqqətlə araşdırılır.

Bu sensasiyalı məlumatdan 10 il sonra bəzi Amerika nəşrləri oxuculara daha bir fantastik hadisə barədə yazıblar. Xüsusi hazırlanmış aparatdan və teleskopdan istifadə etməklə, NASA araşdırmaçıları fotolentə qəribə görüntülər çəkiblər: açıq kosmosda ölmüş insanların və heyvanların kabusları uçuşurdu.

Bu hadisə rəsmi elm, parapsixologiya və din xadimləri arasında kəskin fikir ayrılığı yaradır. Lakin təkcə bir məqam onları birləşdirirdi: fotolar əsl idi! Rəsmi ekspertlər komissiyanın üzvlərindən biri belə deyir: "Biz kabusların varlığı barədə çoxdan bilirik. Hələ 1993-cü ilin mayında biz "Xabl" teleskopunun köməyilə bu varlıqları kosmosda görə bilmişdik. Amma NASA rəhbərliyi və nümayəndəliyi bu bilgini məxfiləşdirmək qərarına gəldilər. Görüntüləri gizlətməkdə məqsəd insan formasında işıldayan obrazların nə olduğunu insanlara başa salmağın mümkünlüyünü gözləmək idi.

Kimliyi açıqlanmayan alimlər ilk şəkilləri Günəşin Neptuna təsirini araşdırarkən almışdılar. Fotolarda çoxsaylı işıldayan insan bədənləri çox dəqiq görünürdü. Elm xadimlərinin bu barədə fikirləri birmənalı olmadı...

İspan teoloq Pedro Qarsiya hesab edir: "Kainatın bu hissəsi Cənnət və Cəhənnəm arasındakı Məhşərdir. Burada ölmüş insanların ruhları həyatda yaşayarkən törətdikləri əməllərinə görə sorğu-sual edilirlər".

Adını gizli saxlayan digər məşhur amerikalı fizik belə deyir: "Bu formalar başlanğıcı və sonu olmayan həyatın əsl mahiyyətini göstərən elektrik impulslarının nəticəsidir. İnsanlar öldükdə bədənin enerjisi, elektriki kosmosa gedir. Vəssalam!"

Yadplanetlilər haqqında 11 kitabın müəllifi doktor Alan de Volyer bu qənaətə gəlib ki, şəkillərdə görünən bu quruluşlar başqa planetin varlıqlarıdır.

Fərqli mülahizələrdən sonra NASA nümayəndəsi bildirib ki, o görüntülər barədə yeni məlumatlar əldə etmək üçün külli miqdarda vəsait xərclənir. Ola bilsin, yaxın keçmişdə Yer sakinlərinə Cənnət və Cəhənnəm barədə yekun məlumat veriləcək. 
Amma hələki hər şey gizli saxlanılır... Cənnət axtarışında olan NASA amerikalı Çarlz Qinsonun 28 il kosmosda olmasını gizli saxladığı kimi! 

NASA-dan olan mənbələr sözügedən hadisənin izahın mümkünsüzlüyünü deyirlər, rəsmi nümayəndə isə Qinsonun başına gələnləri belə şərh edir: "Biz 3 saat 58 dəqiqədən sonra kosmik gəminin komandiri Çarlz Qinsonla əlaqəni itirdik. Missiya məxfi olduğundan bu barədə ictimaiyyətə açıqlama verə bilmədik. Bizim sənədlərdə Çarlz Qinson itkin kimi göstərilir. 26 mart 1991-ci ilə qədər belə idi. 

Astronavtın kosmosda yoxa çıxmasının üstündən 28 il keçdikdən sonra amerika hərbi-dəniz hissələrindən biri Çarlz Qinsondan radioqramma alır. Bundan həmən sonra okeanda astronavtın kosmik gəmidə istifadə etdiyi "Cemini" kapsulası tapılır. 

Sual yaranır: astronavt yarım illik yemək, içmək və istilik ehtiyatı ilə kosmik fəzada 28 il necə yaşaya bilib? Bu hansısa qeyri-adi qüvvələrin iştirakı olmadan ağlasığmazdır!

Bu müəmmalı işlə bağlı NASA-nın heç bir rəsmi versiyası yoxdur. Astronavtın olduğu kosmik gəmiyə ilk olaraq hərbçiləri buraxmışdılar və o vaxtdan hər şey sirr olaraq qalır. Bu hadisə ilə bağlı bütün sənədlər arxivlə birlikdə yoxa çıxıb. Hətta Qinsonun nə vaxtsa NASA-nın əməkdaşı olduğunu təsdiqləyən hər hansı bir fakt belə yoxdur. Əlbəttə ki, yaşlı astronavtlar onu yaxşı xatırlayırlar.

Çarlz Qinson Kaliforniyada Edvards aviabazasında karantin keçib. Astronavt və "Cemini" dəqiqliklə araşdırılır. Xüsusi yaradılmış psixoanalitiklər qrupu Qinsondan onun fantastik macəraları barədə məlumat almağa cəhd edib. 

NASA əməkdaşı reprtyorlara açıqlamasında belə deyib: " Fiziki olaraq o, özünü yaxşı hiss edir, lakin təmamilə çaşqın vəziyyətdədir. Uzun müddət Yerdə olmamasını izah edə bilmir. Psixoloji vəziyyəti olduqca pisdir. Onun sözlərini bir-biri ilə əlaqələndirmək mümkün deyil. Bu müddət ərzində harada olduğunu, kosmosda hansısa heyvan və ya ilahi varlıqlarla ünsiyyətə girdiyi barədə soruşduqda, hər dəfə eyni cavabı verir: "Bir daha heç vaxt! ... Siz başa düşməlisiz, onlar bizim düşmənlərimizdir". Qalan bütün suallar onda isterika və ağlamaqla müşayiət olunur".

Məşhur polyak cadugəri Kşiştof Bullışko kütləvi informasiya vasitələri vasitəsilə bəyan edib ki, astronavt tezliklə danışacaq və onun danışdıqları hər kəsi şoka salacaq.

Lakin sehrbazın bu bəyanatından artıq xeyli müddət ötüb, Çarlz Qinsonun 28 illik kosmik səyahəti barədə hələki yeni bir şey yoxdur. Ola bilsin ki, bu birbaşa kosmosdakı Cəhənnəm və Məhşərin tapılması ilə bağlıdır...

Çox ehtimal ki, Qinson Yerə sağ qayıtdığından Cənnətdə olub. Bəs bu Cənnət harada yerləşir? Əgər astronavt "Bir daha heç vaxt!" deyə qışqırırsa, həyat orada bu qədər yaxşıdırmı?

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti