|
ABŞ-da fəaliyyət göstərən məşhur alim Şamaxı Rəsədxanasında olub.
AMEA-dan Teleqraf.az-a verilən məlumatda bildirilir ki, Alacua Country Scholl Board (Florida universiteti, ABŞ) əməkdaşı, professor Dürdanə Balakişiyeva AMEA N. Tusi qonağı olmuşdur. O, ŞAR- da aparılan elmi tədqiqatlar, fəaliyyət göstərən teleskoplar və onların işıqqəbulediciləri ilə yaxından tanış olmuşdur. Həmyrlimiz Dürdanə Balakişiyeva ŞAR seminarında "Past Present and Future of Dark Matter Search" mövzusunda çox maraqlı məruzə ilə çıxış etdi. ABŞ-da tünd materiyanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, bunun üçün yaradılmış xüsusi yeraltı rəsədxanalar, bu sahədə qazanılan uğurlar və gələcəkdə nəzərdə tutulan işlərlə iştirakçıları tanış etdi.
D.N.Balakişiyeva ŞAR- ın direktoru vəzifəsini i.e., AMEA müxbir üzvü N.S.Cəlilovla görüşərək kosmologiya sahəsində ŞAR ilə birgə işlərin aparılması, rəsədxana əməkdaşlarının (xüsusən gənc kadrların) ixtisas artırmaq üçün ABŞ elmi mərkəzlərinə göndərilməsi və s. məsələlər barədə geniş müzakirələr aparıldı və ilkin razılıq əldə olundu.
Cabir Turan