|
Peşəkar boks tarixində ilk Azərbaycanlı Avropa cempionu Ağəli Alışov üzləşdiyi məmur özbaşınalıqları və diqqətsizlik barədə Teleqraf.az vasitəsi ilə Dövlət başçısına müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Köməkçilərim məndən bəzi xəbərləri gizlədir, mən xəbər saytlarını və internet medianı oxuyuram"- Prezident Ilham Əliyev.
Cənab prezident, mən Alisov Agali Azərbaycanin pesəkar boks tarixində ilk Azerbaycanli Avropa cempionuyam (WBA-versiyasi 03.09.2011-ci il Baki səhəri).Bundan əlavə mənim bir cox ugurlarim olub. Ancaq qazanilan ugurlarimin icərisində ən önəmlisi bu titulu qazanmagim olub. Bu qələbə mənə Azərbaycan pesəkar boks tarixinə düsməyə sərait yaradib.
Cənab prezident, bu gunə qədər kecirdiyim bütün yarişlari yaxin dostlarim, qohumlarim və öz səxsi qazandigim pullarin hesabina kecirmişəm və bütün yarişlarda öləmi Azərbaycani təmsil eləmişəm. Dəfələrlə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Boks Federasiyasına yarışlarda iştirakım üçün dəstək olmaları üçün həm həm şifahi həm də yazılı müraciət etmişəm. Məni tanımadıqları haqqında mənə məlumat verirlər, hədə qorxu gəlib məni qapılarından qovurlar. Cənab Prezident, bu bir yalan və böhtandır. Mən Gənclər və İdman Nazirliyinin və Peşəkar Boks Federasiyasının razılığı ilə Bakıda Əl Oyunları İdman Sarayında Avropa çempionatlığını keçirmişəm və bütün maliyə xərclərini də özüm çəkmişəm.
Cənab Prezident, bundan sonra mən ölkə başısı kimi sizə 5 dəfə məktub, 2 dəfə teleqrama, 1 dəfə isə elektron adresinizə şəxsən özüm yazıb bu haqda məlumat vermişəm. Televiziyada etdiyiniz çıxışınız bundan xəbər verir ki, siz bu məktubların heç birini almamısınız. Məktublarıma cavab gəlmədiyi üçün özüm şəxsən Prezident Administrasiyasına gələrək, məktublarıma niyə cavab gəlmədiyi üçün maraqlanmaq istədim. Bir neçə iç nömrəsinə zəng vurdum.Sonuncu zəngdə mən dəstəyi götürən insana öz problemimi danışma istədim. Elə yenicə ağzımı açmışdım ki, bu adam başladı məni təhqir etməyə. Başın bədəninə ağırlıq etməsin dedi və dəstəyi yerə atdı. Bundan sonra mənə zor tətbiq edərək prezident aparatından qovdular.
Cənab Prezident, 2007-ci ildə Rusiyanın Moskva şəhərində РУДН unveristetinin qarşısında keçirilən əmək sərgisində ermənilərə öz etirazımızı bildirərək , onların əlindən “qondarma Qarabağ bayrağı”nı alıb cırmışdım və bunun qarşılığında məni odku silahla yaralamışdılar. Bundan sonra Moskva şəhərində olan idman kontraktım ləvğ olunmuş və universitetdən qovulmuşdum. Bu ərəfədə Moskvada AMOR gənclər təşkilatının sədri, sizin qızınız Leyla xanım Əliyeva məni qəbul edib problemlərimlə maraqlanmış və gələcək koryeramın davamı üçün köməklik edəcəyi haqqında söz vermişdir. 8 döyüşümüzün keçirilməsində mənə dəstək oldular. Keçirtdiyim döyüşlərin hamısında nokautla qalib gəlmişdim.Bundan sonra Leyla xanımın tapşırıq verdiyi insanlar mənə dedilər ki, bizdə” krizis”dır və bundan sonra biz sənə köməklik edə bilmərik öz başının çarəsinə bax. Dəfələrlə Leyla xanımla görüşmək istədim lakin imkan vermədilər. Hətta Emin Ağalarovun konsertdə öz nömrəsini mənə verdi və dedi ki, bu nömrəni yığ səninlə görüşəcəm. Ancaq nömrəni yığdım və həmin adamlar mənə yenə eyni sözü dedilər: “Krizis”dır bir də bura zəng vurma. Bundan sonra Cənab prezident, öz gücümə vuruşub ölkəmizi ləyaqətlə təmsil edərək çempion oldum. Bu gün yarışlarda iştirak etməyim məni maddi imkanım xaricindədir. Müraciətlərimə baxılmır, mənə hədə qorxu gələrək, səni içəri atarıq kimi sözlərlə məni qorxudurlar.Nəticədə mən ölkəmdən didərgin düşmüşəm. Hal-hazırda təhlükəsizliyim və koryeramın davamı üçün ölkəni tərk etmişəm.
Hörmətlə, Avropa Cempionu Ağali Alışov