|
Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli Azərbaycan alimlərinin yaşadıqları maddi problemlər haqqında özünün “Facebook” səhifəsində maraqlı yazı paylaşıb.
Teleqraf.az həmin yazını olduğu kimi təqdim edir:
İyulun 15-dən məzuniyyətə çıxırıq. Avqustun axırında qayıdırıq. Maaşı da oktyabrın 15-nə kimi ala bilmirik. Xeyli müddətdir. Bu müddətdə şəxsən mənim kimi, yəni mənim dərəcəd olanlar 610 manata sahib olurlar. İndi hesablayın görüm bu müddətdə bu pulu necə xərcləyək. Ötən həftə bazara getdim. Pulun100 manatını xərclədim. Çox şey almadım. Qarşıda müalicəm də var. Bu müalicəyə də xeyli pul gedir. Ailəmə məndən başqa pul gətirən yoxdur. Bu Azərbaycan aliminin bir faciəsidir. Bununla belə yorulmadan oxuyuram. Oxumaq mənim xobbimdir. Oxumaq mənim üçün həyatdır. Özümü tarixsiz hesab etmirəm. Tarix mənim üçün nəfəsdir. Pulsuzluqdan neçə beynəlxalq konfransa getməmişəm. Bu statusu elə-belə yazmadım. Bu statusu ona görə yazıram ki, Azərbaycan aliminin vəziyyəti millət vəkillərinə təsir etsin. Çünki əvvəllər belə idi ki, dərəcə maaşına görə fəlsəfə doktorlarına 300, elmlər doktorlarına 500 manat verilsin. Bunu etmədilər. Niyə? Özləri də yaxşı bilirlər. Amma onlara 2000 manatdan artıq maaş verilir. Cənab deputatlar, bu məsələni niyə qaldırmırsınız? Bir-iki deputat ötəri toxunubdur. Düzdü, elm aləmində də əksikliklər vardır. Tanışlıqla, rüşvətlə doktor oluralar. Amma onları zərərsizləşdirməyin yiolu vardır: düzgün attestasiya. Attestasiyadan keçməyənlər işdən azad olunur. Demək, mümkündür. Bu gün elm aləmində maaşla yaşayanlar əsl fədaidirlər. Çünki bu maaşla elmi fəaliyyətlərini davam etdirirlər. Onlara hörmət edin! Onlar xarici ölkələrdə Azərbaycan elmini təmsil edirlər. Hamısı da banklara borcludur. Elmə pul ayırmamaq onun məhvi deməkdir. Bunu unut5mayın! Elmi olmayan millətin sonu yoxdur.