|
Çinin Sintzyan Uyğur Muxtar Vilayəti, keçən il olduğu kimi, bu il də oruc qadağasına məruz qalıb
Deyerler.org-un "Dunyabulteni"nə istinadən verdiyi xəbərə görə, Çin rəhbərliyi tərəfindən nəşr olunan bəyənatda, ölkənin qərbindəki Sintzyan Uyğur Muxtar Vilayətində yaşayan müsəlman partiya üzvləri, dövlət işçiləri, tələbələr və müəllimlərin Ramazan ayı ərzində oruc tutmalarının qadağan olunduğu bildirilib.
Bəyənatda, müsəlmanların işlətdiyi mağaza və restoranlarda ay ərzində siqaret və spirtli içki satmağa davam edilməsi və oruc tutulan saatlarda obyektlərin açıq qalma zəruriliyi qeyd olunub. Buna əməl edilməyəcəyi təqdirdə tamamilə bağlanma təhlükəsilə üzləşəcəklərilə bağlı xəbərdarlıq edilib.
Dünya Uyğur Konqresinin sözçüsü Dilşat Rəşid, Çinin bu hərəkətinin İslam inancını nəzarət altına almaq üçün dövlətin həyata keçirdiyi bir təşəbbüs olduğunu ifadə edib. Dilşat Rəşid bu cür məhdudiyyətlərin, Uyğur xalqını Çin hökumətinin rəhbərliyinə qarşı çıxmağa daha da çox sürükləyəcəyilə bağlı xəbərdarlıq edib.