|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ problemindən danışarkən yaxın vaxtlarda Qarabağ məsələsinin həllində “tərpəniş” olacaq deməsi ona verlən cavabı gecikdirməyib. Qarabağ Azadlq Təşkilatının (QAT) Sədri Akif Nağı özünün “Facebook” səhifəsində bununla bağlı yazı paylaşıb.
Teleqraf.az həmin yazını olduğu kimi təqdim edir:
“Elmar Məmmədyarov deyir ki,yaxın vaxtlarda Qarabağ məsələsinin həllində “tərpəniş” olacaq. Deməli 25 ildən sonar xarici işlər naziri tərpənişdən danışır. Bu adamı vəzifədə saxlamaq vəzifənin özünə hörmətsizlikdir. Bu adamı Azərbaycanın maraqları qətiyyən düşündürmür,Heç Azərbaycanın maraqlarının nədən ibarət olduğunu bilmir, bilmək də istəmir. Fransızların Taleyranı demirəm, heç olmasa rusların Qorçakovu olmaq istəyi varmı bu…? Yumşaq sözə heyfim gəlir.Göbud söz də işlətmək istəmirəm.Hakimiyyət nə üçün başa düşmək istəmir ki, bütün vəzifələrdə milli düşüncəli adamlar olmalıdırlar. Məsələn müdafiə naziri kimi bu proses davam etdirilməlidir.Vəzifədə olanlarımzın çoxu milli qafalı deyi. Paradoksa baxın ki, hətta dini rəhbərimiz də Azərbaycandan çox Rusiya ilə bağlıdır.”