Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayı İsmayılov Prezident Administrasiyasının qəzəbinə gəlib.

Bu haqda Teleqraf.az-a  məlumat verən mənbənin dediyinə görə, Ağsu rayonunda Mikayıl İsmayılovun adamları tərəfindən torpaqları əllərindən alınmış sakinlərin dövlət baçısına etdikləri şikayət məktubları bu məsələlərin araşdırılmasına rəvac verib. Ağsu rayonunun Hacıqədirli kəndinin 20-dən çox sakini Mikayıl İsmayılovun adamları tərəfindən icarə adına mənimsənilən torpaqlarının geri qaytarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər. Sakinlərin bildirdiklərinə görə, Mikayıl İsmayılovun adamları onları aldadaraq güya ki, torpaqlarını icarəyə götürdüklərini, orda iş yerlərinin açılacağını, onların da orda işləyəcəklərini deyiblər. Ancaq heç bir iş yeri açılmayıb və sakinlərin əkin torpaqları əllərindən çıxıb. Mikayıl İsmayılov haqqında prezidentə şikayət edən şikayətçilər torpaqlarının geri qaytarılmasını tələb edirlər.

Ağsu rayonunun Axundlu kənd sakini olan qocaman müəllim Səfa İsmayılov da torpaqları Mikayıl İsmayılov tərəfindən zəbt olunan insanlardan biridir. Səfa İsmayılovun Teleqraf.az-ın əməkdaşına verdiyi məlumata görə, onun illərlə əziyyət çəkib ərsəyə gətirdiyi fermer təssərrüfatı uzun sürən sifarişli məhkəmə süründürməçiliyi ilə əlindən alınaraq məhv edilib. Səfa İsmayılov bildirib ki, Mikayıl İsmayılovun yaxın qohumları onun fermasını onlara satmaq üçün onunla görüşüblər, o torpağını satmağa razı olmadığı üçün ciddi faciələrlə üzləşib. Onun içində 3 tövləsi, çoban evləri olan 137 hektar torpağı Mikayıl İsmayılovun adamları tərəfindən əlindən alınıb və  traktorun qarşısına salınaraq  uçurulub. Bu təzyiqlərə dözməyən oğlu ağr xəstəliyə tutularaq dünyasın dəyişib.Səfa İsmayılovun dediyinə görə, oğlunu İran İslam respublikasına müalicəyə apardığı zaman orda eşidib ki,ferması SOCAR-ın vitze-prezidentinin adamları tərəfindən sökülüb. Bundan sonra onun həyat yoldaşı da ağır xəstəliyə düçar olaraq yatağa düşüb.

Mikayıl İsmayılov haqqında olan kütləvi şikayətlərdən sonra Prezident Administrasiyasından şikayət ərizələrinə baxmaq üçün Ağsu rayon icra hakimiyyətinə göstəriş verilib. Ağsu rayon icra hakimiyyəti bu məsələləri diqqətə alıb. Əldə etdiyimiz məlumata görə şikayətçilər Ağsu rayon icra hakimiyyətinə çağırılıb və aidiyyəti şöbənin əməkdaşları tərəfindən dinlənilərək problemlərinin həll ediləcəyi barədə vəd verilib. Kənd sakinlərinin bildirdiyinə görə,Mikayıl İsmayılov bir həftədir ki, Ağsu rayonunun Çiyni kəndində olan villasından çölə çıxmır.

P.S. Tərəfimizdən bildiririk ki, müstəqil mətbuat orqanı olaraq məsələni özümüz də diqqətimizdə saxlayacağıq.Qarşı tərəfin mövqei olarsa onu da dərc etməyə hazırıq.

Elşən Əlisoy

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti