|
Dünya şöhrətli ingilis fizik Stiven Hokinq süni zəkanın kəşfinin insanlığın sonunu gətirəcəyini deyib.
Axar.az NyusVik-ə istinadən xəbər verir ki, Londonda təşkil edilən Zeytqest Konqresində çıxış edən Hokinq qarşıdan gələn 100 il ərzində “Matriça” filmində baş verənlərin həqiqət olacağını və süni zəkalar sayəsində kompüterlərin insanları idarə edəcəyini, insan zəkasını üstələyəcəyini söyləyib. İnkişaf edən süni zəka ilə birlikdə robotların insanlarla eyni hədəflərə sahib olacağını bildirən Hokinq elm dünyasının bu ehtimalı görməzdən gəldiyini iddia edib. Hokinq çıxışını bu sözlərlə bitirib: “Süni zəka insanlığın ən böyük kəşfi ola bilər. Bu kəşfin səbəb olacağı risklərə qarşı tədbir görülməsə, bu, son kəşf olar”.