|
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.
Teleqraf.az xəbər verir ki,bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib. Yeri gəlmişkən, A.Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də yayılmışdı.
Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.
Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.
Yada salaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.