YAP-ın parlament seçkiləri öncəsi dairələr üzrə apardığı reytinq təhlilləri bir sıra millət

vəkillərinin mandatı ilə vidalaşmasına səbəb ola bilər

"Yeni Azərbaycan Partiyası(YAP) qarşıdan gələn parlament seçkiləri öncəsi dairələr üzrə apardığı monitorinqlərin ilkin mərhələsini yekunlaşdırıb. Hakim partiyanı yerlərdə təmsil edən millət vəkillərinin seçicilər arasında reytinq göstəricilərini müəyyən etmək məqsədilə keçirilən monitorinqlərin nəticəsi bir sıra deputatların mandatı ilə vidalaşmasına səbəb ola bilər".

Bu barədə xəbər Editor.az-a məlumatlı mənbələrdən daxil olub.  Mənbə qeyd edir ki, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq seçki yarışının favoriti olan YAP V çağırış parlament seçkilərinə daha da güclü namizədlərlə qatılmağı hədəfləyir: "Yerlərdə keçirilən reytinq monitorinqlərinin də məqsədi budur. Hakim partiya bundan öncəki seçkilərdə bir sıra namizədlərə böyük şans tanımışdı. Onlar YAP-ın partiya olaraq yerlərdəki nüfuzu, xalq arasıdakı etimadı hesabına millət vəkili seçilmişdilər. Lakin bundan sonra əsas vəzifə həmin deputatların üzərinə düşürdü. Onlar öz fəaliyyətləri ilə seçicilər arasındakı reytinqlərini daha da yüksəltməli və dolayısı ilə partiyanın yerlərdəki gücünə güc qatmalıydı. Ancaq Yeni Azərbaycan Partiyasının yerlərdə apardığı monitorinqlərin ilkin nəticələri bəzi dairələr üzrə bu gözləntiləri doğrultmayıb". 

Mənbə bildirib ki, aparılan monitorinqlər aşağıda qeyd olunan dairələri təmsil edən deputatların seçicilər arasındakı reytinq göstəricilərinin olduqca aşağı olduğunu üzə çıxarıb: "Yeni Azərbaycan Partiyası yerlərdən gələn reytinq göstəricilərini ciddi şəkildə təhlil edir. Bu monitorinqlərin ilkin mərhələsidir. Əgər yekun dəyərləndirmələr zamanı da eyni nəticələr qeydə alınsa, seçicilər tərəfindən dəstəklənməyən aşağıdakı hazırki deputatlar qarşıdan gələn parlament seçkilərində partiyanın  namizədləri siyahısında yer almayacaq."

Ağalar Vəliyev-11 saylı Qaradağ seçki dairəsi

Leyla Abdullayeva-41 saylı Sumqayıt birinci seçki dairəsi

Xanlar Fətiyev-39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

Tahir Süleymanov-54 saylı Şabran-Siyəzən seçki dairəsi

Arif Əşrəfov-55 saylı Xaçmaz şəhər seçki dairəsi

Fərhad Qəribov-57 saylı Kürdəmir seçki dairəsi

Əsabil Qasımov-79 saylı İmişli seçki dairəsi

Ərəstun Cavadov-87 saylı Ağsu-İsmayıllı seçki dairəsi

Rafiq Məmmədhəsənov-104 saylı Gədəbəy-Tovuz seçki dairəsi

Nazim Fərəcov-121 saylı Laçın seçki dairəsi

İmamverdi İsmayılov-125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov hələ yanvar ayında Trend-ə verdiyi müsahibədə parlament seçkilərində partiyanın namizədlərinin tərkibində dəyişikliklərin olacağının anonsunu vermişdi. 

"Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək"-deyə, deputat qeyd etmişdi. 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti