|
“Yaxın Şərqin inzibati sərhədləri dəyişəcək”
Teleqraf.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib.
O, bölgədə yeni dövlətlərin yaranacağını bildirib:
“Səudiyyə Ərəbistanı başda olmaqla, yaranmış «beynəlxalq koalisiya» Yəməndə hərbi əməliyyatlara başladıqdan sonra tarixçilər və siyasi analitiklər maraqlı və bəzən də təhlükəli şərhlərlə çıxış edirlər. Onlardan biri amerikalı və ingilis tarixçisi Bernard Levis ərəb dünyasında başlayan münaqişənin ciddi fəsadlarının olacağını proqnozlaşdıraraq daha uzağa gedən nəticələr çıxarıb. Belə ki, Bernard Levis planına görə, Yaxın Şərqin inzibati sərhədləri dəyişəcək, bölgədə yeni dövlətlər yaranacaq və mövcud dövlətlərin bəziləri bir neçə yerə bölünəcək. Həmin planda ölkəmiz Böyük Azərbaycan adı ilə yeni inzibati sərhədlərlə təqdim olunur”.