|
Ərəb ölkələrinin xarici işlər nazirləri Vahid Ərəb Ordusunun yaradaılması barədə qərara gəliblər.
ANS Press-in məlumatına görə, Vahid Ərəb Ordusunun yaradılmasının məqsədi xaricdən gələn təhlükələrə qarşı birlikdə mübarizə aparmaqdır.
Vahid Ərəb Ordusunun yaradaılması haqqında layihə xarici işlər nazirləri tərəfindən keçirilən görüşdə qəbul edilib.
“Terror və terror təşkilatlarının fəaliyyətləri ilə mücadilə üçün təcili hərbi müdaxilə etmək, sülhün qorunması üçün dəstək vermək, humanitar yardım və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ərəb ölkələri arasında qarşılıqlı işbirliyidir", - deyə Vahid Ordunun yaradılmasının məqsədi belə açıqlanır.
Layihə bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ərəb Birliyinin sammitində səsverməyə çıxarılacaq.