|
Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi husitlərin Ədənə yaxınlaşmasını görərək öz iqamətgahını tərk edərək naməlum istiqamətə yox olub.
Şiə üsyançılar - husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb.
Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi.
Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna "Əl-Qaida" nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husitlər arasında döyüşlər gedir (ans press).