Rəsmi Bakı Moskvadan izahat istədi; Rusiya XİN-i məsələ ilə bağlı açıqlama verdi

 Sosial şəbəkələrdə Emil Arzangulyan adlı şəxsin Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi haqda məlumat yenidən gündəmə gəlib. Nəzərə çatdıraq ki, bu haqda “Yeni Müsavat” qəzeti daha əvvəl yazmışdı. 

  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı mediaya verdiyi açıqlamada qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında Azərbaycan Respublikasının Rusiya Federasıyasındakı səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət ünvanlayıb. Rusiya Xarici İşlər Nazirliyindən bugünlərdə daxil olmuş cavab notasında Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur.

 E.B.Arzangulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır.

Notada həmçinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir. 

 Notada E.B.Arzangulyanın müəyyən edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir.

 ***

Bu arada beynəlxalq aləmin diqqəti Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma “parlament seçkiləri”nə də yönəlib. İsveçrə də Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”ni qanunsuz hesab etdiyini açıqlayıb. “İsveçrə Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma ”parlament seçkiləri"ni qanunsuz hesab edir. Bu barədə "Trend"ə İsveçrə Xarici İşlər Nazirliyindən bildiriblər.

 XİN-dən qeyd ediblər ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma “seçkilər”i qanunsuz hesab edir. İsveçrə XİN təkrar edir ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə məlumatlıdır və ATƏT-in Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli üzrə səylərini dəstəkləməyə davam edir.

 Nəzərə çatdıraq ki, daha əvvəl Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”ni tanımadığını açıqlayıb. Aİ-nin mətbuat xidmətindən bildirilmişdi ki, Dağlıq Qarabağda “parlament seçkiləri”nin keçirilməsindən xəbərimiz var və bu istiqamətdə hadisələrin gedişatını izləyirik: “Avropa İttifaqı, eyni zamanda Cənubi Osetiyada keçirilmiş seçkiləri tanımır. Cənubi Osetiya ilə bağlı bəyan edirik ki, Aİ Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tanıyır”.

 Həmçinin Macarıstan da Dağlıq Qarabağda qondarma “parlament seçkiləri”ni tanımır. Macarıstan Xarici İşlər Nazirliyinin bu mövqeyini mətbuata adıçəkilən ölkənin Azərbaycandakı səfiri Jolt Çutora çatdırıb: “Seçkilər”in dünyada heç bir ölkənin tanımadığı separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılır. Bu məsələdə Macarıstan XİN-in rəsmi mövqeyi Avropa İttifaqının mövqeyi ilə tam üst-üstə düşür".

 musavat.com

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti