|
Basketbol üzrə Azərbaycanın milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib.
ABŞ-ın Yuta ştatının qubernatoru Qeri R. Herbert Xocalı qətliamının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator, Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.
Həmçinin, məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.
Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.
Qeyd edək ki, bu, Yutah Qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb. (Modern.az)