|
Liviyadakı radikal islami qrupların İŞİD-ə beyət etməsi ilə ölkənin böyük hissəsi terror təşkilatının əlinə keçib.
Teleqraf.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Liviyanın ölkə üçün böyük əhəmiyyət daşıyan Tripoli, Sirt və Benqazi kimi şəhərlərini İŞİD-in idarə etdiyi bildirilib. Bundan əlavə, Liviyada yaranan gərginlik səbəbindən əhalinin bir qisminin ölkəni tərk etdiyi açıqlanıb. Qeyd edək ki, mərkəzi hökumətin əlində yalnız 3 şəhərin qaldığı bildirilir.