|
PKK-nın rəhbərlərindən olan Duran Kalkan tərksilah olmayacaqlarını bəyan edib.
Musavat.com-un məlumatına görə, PKK lideri Abdullah Öcalanla Türkiyə hökuməti arasında gedən danışıqlardan sonra PKK-nın silahı yerə qoyacağı gözlənilirdi. PKK döyüşçülərinin liderlərindən olan Duran Kalkan PKK-nın silahı yerə qoyma kimi fikrlə razı olmadıqlarını bildirib.
Kalkan deyib: “PKK niyə tərksilah olsun? Kürdlər silahı yerə qoymaz. Türkiyə dövləti tərksilah olsun. Mülki müdafiəsiz azadlıq olmaz. Kürdün varlığı və azadlığı özünü müdafiəsinə bağlıdır. Müdafiəni başqasının, hətta cəlladının öhdəsinə buraxaraq bir cəmiyyət qurduğunla qürurlana bilməzsən. Daha heç kim kürdü aldada bilməz. Türkiyə ictimaiyyətini da yalandan aldatmayın ki, PKK silahı yerə qoyur”.