|
2015-ci ildə Rusiyanın Xəzər flotiliyasının dənizçiləri Azərbaycan və Qazaxıstanın iştirakı ilə ilk dəfə Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin (HDQ) üçtərəfli beynəlxalq hərbi-dəniz təlimlərində iştirak edəcəklər.
Bunu Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul bildirib. Bu barədə Trend “Novosti-Kazaxstan” agentliyinə istinadən xəbər yayıb.
2015-ci ilin iyun-iyul aylarında Xəzər dənizinin mərkəzi hissəsində Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin ilk üçtərəfli birgə təlimi keçiriləcək.
İ.Qorbul deyib: “2015-ci ildə Xəzər flotiliyasının gəmiləri Xəzəryanı dövlətlər arasında planlaşdırılmış beynəlxalq hərbi əməkdaşlıq tədbirləri çərçivəsində Qazaxıstan və Azərbaycan respublikalarının hərbi dəniz qüvvələrləri ilə birgə beynəlxalq təlimdə iştirak edəcəklər”.
Təlimlərdə Rusiyanı "Mahaçqala", "Sviyajsk Qrad" və "Uqliç" artilleriya və iki kiçik raket gəmisi ilə Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının yeni gəmilərindən ibarət dəstə təmsil edəcək.
Döyüş tapşırıqlarından başqa, gəmilərin ekipajı yaşamaq uğrunda mübarizə üzrə axtarış-xilasetmə və fəlakətə uğrayan dəniz gəmisinə yardımla bağlı təlim keçəcək.